Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa
Tarix:   7-03-2018, 16:50   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram teatrı rəhbərliyi 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə bugün xanım işçiləri təbrik etdi

Sumqayıt Dövlət Dram Teatrı rəhbərliyi 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar bugün xanım işçilərini təbrik edib. Teatrın direktoru əməkdar mədəniyyət işçisi İslam Həsənov, baş rejissor əməkdar artist Firudin Məhərrəmov, direktor müavini Vidadi Məmmədov, həmkarlar komitəsinin sədri, truppa müdiri Zöhrəli Əliyev və rejissor Vasif Məmmədov çıxış edərək ümümən Azərbaycan tarixində qadınların zərifliyi fonunda həmçinin onların mərdliyi, cəsarəti və qorxmazlığını vurğulayıblar.
Şərhlər:   0   |   Baxış:   764
Tarix:   1-03-2018, 14:55   |   Bölmə:   Xəbərlər
Şahmar Qəriblinin vəfatı ilə bağlı teatrda anım günü keçirildi

Sumqayit Dövlət Dram Teatrının aktyoru və rejissoru Şahmar Qəriblinin vəfatı ilə bağlı teatrda anım günü keçirildi. Bir zamanlar onunla çiyin-çiyinə çalışan sənət dostları, digər teatırların aktyorları xatirələrini bölüşdü. Teatr kollektivi adından bir daha mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir, səbr diləyirik. Allah rəhmət etsin.
Şərhlər:   0   |   Baxış:   910
Tarix:   23-02-2018, 16:08   |   Bölmə:   Xəbərlər
“Zülmətdə nur” tamaşasına ictimai baxış oldu

Sumqayıt Dövlət Dram teatrında Nizami Muradoğlunun “Zülmətdə nur” mənzum pyesi əsasında hazırlanan tamaşaya ictimai baxış oldu. Səhnə əsəri kollektiv və ziyalılar tərəfdən müsbət qarşılandı. NKVD zindanlarında əzab verilən ziyalılarımızın mənəvi-psixoloji sarsıntılarını əməkdar artist Rauf Ağakişiyev, İlahə Səfərova, Cəlal Məmmədov İzaməddin Bağırov aktyorlar Oqtay Mehdiyev, Sədaqət Nuriyeva, Habil Xanlarov, Şəhla Məmmədova, Şəmistan Süleymanlı İlahə Səfərova və başqaları ustalıqla çatdıra bilirlər. Qeyd edək ki, tamaşa Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr edilib Tezliklə səhnə əsərinin premyerası nəzərdə tutulur
Şərhlər:   0   |   Baxış:   833
Tarix:   17-02-2018, 15:23   |   Bölmə:   Xəbərlər
Allah rəhmət eləsin

Sumqayıt Dövlət Dram Teatrının istedadlı aktyoru və rejissoru Şahmar Qəribli 16 fevral 2018-ci ildə 66 yaşında dünyasını dəyişmişdir. Aktyor doğulduğu Kürdəmir rayonunda dəfn edilib.
Şahmar Qəribli 1952-ci il fevralın 13-də Kürdəmir rayonunda anadan olub. 1971-76-cı illərdə o vaxtkı M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində tanınmış rejissor və pedaqoq Ədil İsgəndərovun kursunda təhsil almışdı
Şərhlər:   0   |   Baxış:   1 914
Tarix:   24-01-2018, 15:46   |   Bölmə:   Xəbərlər
Almaların sirri nədədir?

Sumqayıt Dövlət Dram teatrı repertuarına daha bir uşaq tamaşası əlavə etdi. Teatrın nəzdində fəaliyyət göstərən "Ocaq" teatr studiyasının tələbələrinin də iştirak etdiyi nağıl-tamaşanın ssenari müəllifi və rejissoru Fuad Kazımovdur.
"Almaların sirri" tamaşasında obrazları aktyorlar Sevda Hüseynova, Elmir Mehdiyev, Aynur Hümbətova, Kamran Muradlı və Firuzə Şərifova canlandırır.
Şərhlər:   0   |   Baxış:   709
Tarix:   17-12-2017, 13:06   |   Bölmə:   Xəbərlər

Yeni il şənlikləri 26 -30 Dekabr saat 11:00, 13:00, 15:00 - da, 31 dekabr - 1 Yanvar saat 10:00, 12:00, 14:00, 16:00 -da və 2 Yanvar saat 11:00, 13:00, 15:00 - da keçiriləcək.
Şərhlər:   0   |   Baxış:   1 097
Tarix:   15-12-2017, 17:18   |   Bölmə:   Xəbərlər
“Atilla” tamaşasının daxili baxışı oldu

Sumqayıt Dövlət Dram Teatrında daha bir əsərə daxili baxış oldu. Teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov istedadlı yazıçı-dramaturq Əfqan Əsgərovun yaradıcılığında geniş yer tutan tarixi əsərlərdən birinin- “Atilla”-nın səhnə versiyasını hazırladı. Tamaşada obrazları əməkdar artistlər Cəlal Məmmədov, Rauf Ağakişiyev, aktyorlar Habil Xanlarov, Yalçın Səlimov, Vəfa Qurbanova və Rövşən Əsgərov canlandırır.
Şərhlər:   0   |   Baxış:   747
Tarix:   15-12-2017, 09:51   |   Bölmə:   Xəbərlər
“Qış nağılı”

Sumqayıt Dövlət Dram Teatrı həmişə olduğu kimi yenə də uşaq və yeniyetmələrin bayram şənliklərini mənalı və maraqlı keçirmələri haqda düşünüb. Dekabrın 26 - dan 2018 - ci il 2 yanvar da daxil olmaqla 8 gün ərzində teatrımızın səhnəsində “Qış nağılı” adlı müsiqili əyləncəli proqram nümayiş etdiriləcək.
Şərhlər:   0   |   Baxış:   1 000