Təqvim
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa
Tarix:   16-11-2017, 12:31   |   Bölmə:   Xəbərlər
"Hökm" tamaşasının daxili baxışı oldu

Sumqayıt Dövlət Dram Teatrında görkəmli yazıçı-dramaturq Frans Kafkanın “Hökm” əsərinin səhnə versiyasına daxili baxış keçirilib. Dostluğu, xəyanət, ruhun mübarizəsi, ata-oğul münasibətləri kimi bəşəri mövzuları özündə ehtiva edən psixoloji drama əməkdar artist, istedadlı aktyor və rejissor Namis Şirməmmədovun quruluşunda təqdim olunub.
Əsərin qəhrəmanı Georq Bentmandır. Hadisələr onun dostu, qadını və oğluna ölüm hökmü kəsən ata ətrafında cərəyn edir.
Şərhlər:   0   |   Baxış:   452
Tarix:   18-10-2017, 12:36   |   Bölmə:   Xəbərlər
"Şahzadənin ulduzu"

Sumqayıt Dövlət Dram Teatrı 49-cu mövsümün ilk uşaq tamaşasını təhvil verdi. Belə ki, rejissor Vasif Məmmədov (H.X.Andersen) “Şahzadənin ulduzu” əsərinin səhnə versiyasını hazırlayıb. Azyaşlılarçun nəzərdə tutulan tamaşada obrazları İlqar İbrahimov, Şəhla Məmmədova, Etibar Əmirov, Vəfa Qurbanova, İradə Zeynalova, Sevda Hüseynova, Cavanşir Eyyubov, Elmir Mehdiyev və Orxan Firudinov canlandırır.
Şərhlər:   0   |   Baxış:   655
Tarix:   11-10-2017, 12:51   |   Bölmə:   Xəbərlər
“Ocaq” tamaşası yenidən nümayiş olundu.

Sumqayıt Dövlət Dram Teatrında tanınmış Türkiyə yazıçısı Turqut Özakmanın “Ocaq” tamaşası növbəti dəfə 10.10.2017 tarixində tamaşaçılara göstərilib. Quruluşçu rejissor əməkdar artist, teatrın baş rejissoru Firudin Məhərrəmov, rəssamı Mustafa Mustafayevdir. Qeyd edək ki,tamaşanın növbəti təqdimatında ikinci heyəti (dublyorlar) öz oynunu nümayiş etdirib.
Şərhlər:   0   |   Baxış:   531
Tarix:   28-09-2017, 15:41   |   Bölmə:   Xəbərlər
49 - cu mövsümün açılışı oldu

Müxtəlif janrlarda uğurlu tamaşalar hazırlayan Sumqayıt Dövlət Dram Teatrı 27.09.2017 tarixində qırx doqquzuncu teatr mövsümünü yeni tamaşa ilə açdı. İlk olaraq teatrın direktoru əməkdar mədəniyyət işçisi İslam Həsənov, daha sonra teatrın baş rejissoru əməkdar artist Firudin Məhərrəmov, əməkdar artist Namis Şirməmmədov çıxış etdi. Ardınca tamaşa təqdim olundu. (Turgut Özakman) “Ocaq” psixoloji dramı əməkdar artist Firudin Məhərrəmovun yozumunda səhnə həlli tapıb.
Şərhlər:   0   |   Baxış:   895
Tarix:   30-06-2017, 12:40   |   Bölmə:   Xəbərlər
SDDT kollektivi “Toy olsun” komediyası ilə Rus Dram Tetarında

Sumqayıt Dövlət Dram Teatrında premyerası uğurla keçən “Toy olsun” (İsi Məlikzadə, Süleyman Ələsgərov) komediyası tamaşaçıların istəyi nəzərə alınaraq Bakı teatrlarında da oynanılacaq. Respublikanın xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimovun iştiraki ilə ərsəyə gəlmiş maraqlı səhnə əsəri 4 iyul saat 19:00-da Rus Dram Teatrında nümayiş olunacaq.
Şərhlər:   0   |   Baxış:   507
Tarix:   14-06-2017, 18:26   |   Bölmə:   Xəbərlər
Kollektivimiz adından hörmətli İslam müəllimi təbrik edirik
İyunun 14-də Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev Sumqayıt Dövlət Dram Teatrının direktoru İslam Həsənova əməkdar mədəniyyət işçisi fəxri adının vəsiqəsini təqdim etdi. Kollektivimiz adından hörmətli İslam müəllimi təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.
Şərhlər:   0   |   Baxış:   575
Tarix:   5-06-2017, 17:42   |   Bölmə:   Xəbərlər
Toy olsun komediyası yenidən nümayiş olunacaq

Ötən ay premyerası uğurla keçən ( İsi Məlikzadə, Süleyman Əsgərov ) “Toy olsun” komediyasıı 8 iyun saat 18:30-da yenidən nümayiş olunacaq. Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimovun iştiraki ilə ərsəyə gəlmiş səhnə əsəri rejissor yozumu ilə fərqlənən tamaşalardandır.
Şərhlər:   0   |   Baxış:   664
Tarix:   21-05-2017, 11:28   |   Bölmə:   Xəbərlər

Sumqayıt Dövlət Dram Teatrı sizləri 31 may 2017-ci il saat 19:00 -da Süleyman Ələsgərov və İsi Məlikazdənin "Toy Olsun" tamaşasına baxmağa dəvət edir.
Şərhlər:   0   |   Baxış:   801