Təqvim
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa
Tarix:   15-12-2017, 17:18   |   Bölmə:   Xəbərlər
“Atilla” tamaşasının daxili baxışı oldu

Sumqayıt Dövlət Dram Teatrında daha bir əsərə daxili baxış oldu. Teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov istedadlı yazıçı-dramaturq Əfqan Əsgərovun yaradıcılığında geniş yer tutan tarixi əsərlərdən birinin- “Atilla”-nın səhnə versiyasını hazırladı. Tamaşada obrazları əməkdar artistlər Cəlal Məmmədov, Rauf Ağakişiyev, aktyorlar Habil Xanlarov, Yalçın Səlimov, Vəfa Qurbanova və Rövşən Əsgərov canlandırır.
Şərhlər:   0   |   Baxış:   184
Tarix:   15-12-2017, 09:51   |   Bölmə:   Xəbərlər
“Qış nağılı”

Sumqayıt Dövlət Dram Teatrı həmişə olduğu kimi yenə də uşaq və yeniyetmələrin bayram şənliklərini mənalı və maraqlı keçirmələri haqda düşünüb. Dekabrın 26 - dan 2018 - ci il 2 yanvar da daxil olmaqla 8 gün ərzində teatrımızın səhnəsində “Qış nağılı” adlı müsiqili əyləncəli proqram nümayiş etdiriləcək.
Şərhlər:   0   |   Baxış:   361
Tarix:   11-12-2017, 12:00   |   Bölmə:   Xəbərlər
Şərhlər:   0   |   Baxış:   228
Tarix:   16-11-2017, 12:31   |   Bölmə:   Xəbərlər
"Hökm" tamaşasının daxili baxışı oldu

Sumqayıt Dövlət Dram Teatrında görkəmli yazıçı-dramaturq Frans Kafkanın “Hökm” əsərinin səhnə versiyasına daxili baxış keçirilib. Dostluğu, xəyanət, ruhun mübarizəsi, ata-oğul münasibətləri kimi bəşəri mövzuları özündə ehtiva edən psixoloji drama əməkdar artist, istedadlı aktyor və rejissor Namis Şirməmmədovun quruluşunda təqdim olunub.
Əsərin qəhrəmanı Georq Bentmandır. Hadisələr onun dostu, qadını və oğluna ölüm hökmü kəsən ata ətrafında cərəyn edir.
Şərhlər:   0   |   Baxış:   422
Tarix:   18-10-2017, 12:36   |   Bölmə:   Xəbərlər
"Şahzadənin ulduzu"

Sumqayıt Dövlət Dram Teatrı 49-cu mövsümün ilk uşaq tamaşasını təhvil verdi. Belə ki, rejissor Vasif Məmmədov (H.X.Andersen) “Şahzadənin ulduzu” əsərinin səhnə versiyasını hazırlayıb. Azyaşlılarçun nəzərdə tutulan tamaşada obrazları İlqar İbrahimov, Şəhla Məmmədova, Etibar Əmirov, Vəfa Qurbanova, İradə Zeynalova, Sevda Hüseynova, Cavanşir Eyyubov, Elmir Mehdiyev və Orxan Firudinov canlandırır.
Şərhlər:   0   |   Baxış:   624
Tarix:   11-10-2017, 12:51   |   Bölmə:   Xəbərlər
“Ocaq” tamaşası yenidən nümayiş olundu.

Sumqayıt Dövlət Dram Teatrında tanınmış Türkiyə yazıçısı Turqut Özakmanın “Ocaq” tamaşası növbəti dəfə 10.10.2017 tarixində tamaşaçılara göstərilib. Quruluşçu rejissor əməkdar artist, teatrın baş rejissoru Firudin Məhərrəmov, rəssamı Mustafa Mustafayevdir. Qeyd edək ki,tamaşanın növbəti təqdimatında ikinci heyəti (dublyorlar) öz oynunu nümayiş etdirib.
Şərhlər:   0   |   Baxış:   496
Tarix:   28-09-2017, 15:41   |   Bölmə:   Xəbərlər
49 - cu mövsümün açılışı oldu

Müxtəlif janrlarda uğurlu tamaşalar hazırlayan Sumqayıt Dövlət Dram Teatrı 27.09.2017 tarixində qırx doqquzuncu teatr mövsümünü yeni tamaşa ilə açdı. İlk olaraq teatrın direktoru əməkdar mədəniyyət işçisi İslam Həsənov, daha sonra teatrın baş rejissoru əməkdar artist Firudin Məhərrəmov, əməkdar artist Namis Şirməmmədov çıxış etdi. Ardınca tamaşa təqdim olundu. (Turgut Özakman) “Ocaq” psixoloji dramı əməkdar artist Firudin Məhərrəmovun yozumunda səhnə həlli tapıb.
Şərhlər:   0   |   Baxış:   864