Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa
Tarix:   24-02-2019, 16:19   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrında Gənclərlə görüş

Sumqayıt Dövlət Dram Teatrı fevral ayında bir-birindən maraqlı, müxtəlif janrda səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlib. Şəhər sakinlərininmədəni istirahətini təmin edən teatrımız 22 fevralda Gənclər və İdman İdarəsi ilə birgə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramında göstərildiyi kimi gənclərin sağlamlığının qorunması, möhkəmləndirilməsi, sağlam həyat tərzinin təmin edilməsi, narkomaniya, alkoqolizm və digər neqativ halların azalması, aradan qaldırılmasına kömək məqsədli, maarifləndirici “Narkoman” tamaşasını gənc və yeniyetmələrdən təşkil olunmuş auditoriyaya təqdim etdi. Tamaşadan öncə çıxış edənlər - Sumqayıt Dövlət Dram Teatrının direktoru Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov, Sumqayıt şəhər Gənclər və İdman baş idarəsinin rəisi Elgün Hümbətov, Sumqayıt şəhər ağsaqqallar şurasının sədri Müzəffər Gülümov,

Şərhlər:   0   |   Baxış:   567
Tarix:   15-02-2019, 14:33   |   Bölmə:   Xəbərlər
"Danışan gəlincik"

Sumqayıt Dövlət Dram Teatrı 50-ci yubiley mövsümündə bir çox uğurlu layihələr gerçəkləşdirməklə bərabər fərqli janrda, yeni, maarifləndirici, müxtəlif kontingenti əhatə edən tamaşaların da repertuarına əlavə olunmasına eyni həssaslıqla yanaşır. Tamaşaların davamlı olaraq nümayişini təşkil etmək məqsədi ilə teatr rəhbərliyi aylıq repertuar planını təsdiqləyir, teatrda yaradılmış marketinq prinsipi ilə ictimai nəqliyyatda, sosial şəbəkələrdə, ASAN Xidmət Mərkəzində və müxtəlif ali təhsil ocaqlarında hər kəs tamaşalar barədə vaxtaşırı məlumatlandırılır.
Cari mövsümdə daha çox axşam tamaşaları ilə şəhər sakinlərinin görüşünə gələn SDDT nəhayət azyaşlı tamaşaçıların
Şərhlər:   0   |   Baxış:   644
Tarix:   15-02-2019, 11:28   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrının kollektivi son vaxtlar mütəmadi olaraq həftə arası, hər şənbə bazar yeni, müxtəlif janrlı tamaşalarla şəhərimizin sakinlərinin və qonaqların görüşünə gəlir.
Tamaşaların davamlı olaraq nümayişini təşkil etmək məqsədi ilə teatr rəhbərliyi aylıq repertuar planını təsdiqləmiş, teatrda yaradılmış marketinq prinsipi ilə ictimai nəqliyyatda, sosial şəbəkələrdə, ASAN Xidmət Mərkəzində və müxtəlif ali təhsil ocaqlarında tamaşalar barədə vaxtaşırı məlumatlandırılmaqdadır.
Artıq ikinci aydır ki, teatrda açıq kassa sistemi üzrə tamaşaçılar davamlı olaraq tamaşalara gəlməkdədir və şəhər sakinləri ilə bərabər bu sahədə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələrinin əməkdaşları tamaşaçı qismində daha aktivdirlər.
Yeni iş metodu, müasir düşüncə və kreoativ yanaşma tərzi öz bəhrəsini verməkdədir.
Hazırda teatrda tamaşaçı rəyini öyrənmək üçün mövsüm başlayandan rəy jurnalı da fəaliyyət göstərir.
"Tamaşalarımızı izləyən hər bir tamaşaçının fikri, təklifləri, iradları bizim üçün çox önəmlidir. Sumqayıt tamaşaçısı hər zaman elmə, təhsilə, mədəniyyətə xüsusi diqqət etməsi ilə fərqlənmişdir. Biz bunu tamaşalarımıza rəy bildirən tamaşaçıların fikrindən də aydın görürük" - deyə teatrın direktoru Əməkdar incəsənət xadimi Mübariz Həmidov bildirmişdir.
"Bizə yazırlar "- rubrikası adı ilə ayda iki dəfə ən maraqlı tamaşaçı fikrini geniş kütlənin diqqətinə çatdırmaq qərarına gəldik. Onlardan bir neçəsini hörmətli oxucularımızın və tamaşaçılarımızın diqqətinə təqdim edirik...
Şərhlər:   0   |   Baxış:   3 803
Tarix:   12-02-2019, 12:31   |   Bölmə:   Xəbərlər
Repertuarda dəyişiklik

Sumqayıt Dövlət Dram Teatrı fevral ayı üçün nümayiş olunacaq tamaşa siyahısında dəyişiklik etdi. Belə ki, fevral ayının ikinci yarısında göstərilməsi nəzərdə tutulan Əziz Nesin “Öldür məni canikom” komediyasının vaxtı 16.02.2019 tarixindən 09.03.2019 saat 18:00-a keçirildi.
Şərhlər:   0   |   Baxış:   576
Tarix:   24-12-2018, 15:00   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrının kollektivi   ölkə  başçıını təbrik edir...

Sumqayıt Dövlət Dram Teatrının kollektivi ölkə başçısı cənab İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
“Möhtərəm cənab Prezident! Sumqayıt Dövlət Dram Teatrının kollektivi doğum gününüzü və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni-2019-cu il münasibətilə ürəkdən təbrik edir, ölkəmizin sürətlə çiçəklənməsi sahəsində tükənməz fəaliyyətinizdə və şəxsi həyatınızda Sizə uğurlar arzulyır.
Şərhlər:   0   |   Baxış:   3 342
Tarix:   12-12-2018, 16:25   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrında  Ulu Öndər anıldı...

Tarix onu yazan, zəkası və iradəsi, qətiyyəti ilə yaradan şəxsiyyətlərilə mənalıdır. Belə qüdrətıi şəxsiyyətlərdən biri dünya siyasi arenasında öz imzasını qoymuş ulu öndər Heydər Əliyevdir. Hələ Sovet dönəmində karyerasını riskə ataraq milli mücahidlərə kömək göstərirdi. 1993-cü ilin yayında siyasi hakimiyyətə qayıdışından sonra ümumilli lider Müstəqil Azərbaycanı rahat bir inkişaf yoluna çıxartdı, bütün sferalarda tərəqqi strategiyası formalaşdırdı. Ulu öndər dövlətçilik təfəkkürünü, azərbaycançılıq fəlsəfəsini bizə aşıladı. Təəssüf ki, yaradılışın acı reallığı dahi siyasətçini cizmən bizdən ayırdı.
Şərhlər:   0   |   Baxış:   628
Tarix:   2-11-2018, 11:08   |   Bölmə:   Xəbərlər
50 yaşlı  Sumqayıt Dövlət Dram Teatrı...

Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 10 iyul 1968-ci il tarixli əmri ilə yaradılan Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubiley gecəsi keçirildi.
İlk dəfə böyük dramaturq, filosof, maarifpərvər ziyalı Mirzə Fətəli Axundovun "Müsyo Jordan və Dərviş Məstəli Şah" komediyası ilə
tamaşaçıların görüşünə gələn kollektiv yarım əsrdə keşməkeşli, ancaq uğurlarla zəngin yol keçib. Bu gün Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2018-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Sumqayıt şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən yubiley tədbiri tarixi-mədəni hadisə kimi yaddaşlara həkk olundu.
Şərhlər:   0   |   Baxış:   1 154
Tarix:   22-10-2018, 12:47   |   Bölmə:   Xəbərlər
50 yaşlı Sumqayıt Dövlət Dram Teatrı yubiley astanasında...

Azərbaycan Respublikası Nazirlər Sovetinin 105 nömrəli 12 mart 1968-ci il tarixli qərarı və Mədəniyyət Nazirinin 10 iyul 1968-ci il tarixli əmri ilə Gənclər və Sənaye şəhərində ilk teatr yaradıldı. Elə gənclik şəhəri olduğunu nəzərə alaraq sənət ocağını da H.Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı adlandırdılar. Görkəmli pedaqoq və rejissor Nəsir Sadıqzadə teatra baş rejissor təyin olundu. 1969-cu il 14 martda Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir və dramaturq M.F.Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” komediyası ilə teatrın ilk tamaşasının premyerası keçirildi. Sonradan ayrı-ayrı dövrlərdə teatrın adı dəyişsə də yaradıcı heyətin sənət eşqi dəyişməz qaldı.
Şərhlər:   0   |   Baxış:   1 084