Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Sumqayıt Dövlət Dram Teatrı 48 yaşını qeyd edir

Sumqayıt Dövlət Dram Teatrı  48 yaşını qeyd edir

Sumqayıt Dövlət Dram Teatrı bu gün 48 yaşını qeyd edir. Teatrın yaradıcılıq palitrası yetərincə zəngin və çalarlıdır. Bugün müasir binada gözəl yaradıcılıq şəraitində fəaliyyət göstərən teatrın repertuarı da müxtəlif sosial təbəqələrin, yaş hədlərinin zövqünə, istəyinə uyğun qurulub. Eyni zamanda dövləti, dövlətçiliyi, azərbaycançılığı təbliğ edən, vətənpərvərliyi aşılayan əsərlər teatrda maraqlı səhnə həlli tapır. Sumqayıt Dövlət Dram Teatrının uğurları sırasında ayrı-ayrı illərdə qazanılan beynəlxalq festivalların prizləri yer alır. Xatırladaq ki, ötən ilin əvvəli yenidənqurmadan sonra teatrın açılışı oldu. Prezident İlham Əliyevin bu qayğısı, xüsusi diqqəti yaradıcı heyətə ruh verdi. Bu il ilaxır çərşəmbəyə təsadüf edən ad günümüz münasibətilə teatrın inkişafına töhvə vermiş hər kəsi, kollektivimizi təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz

Ad:*
E-Mail:
Kodu daxil edin: *
yenilə, əgər kod görünmürsə