Təqvim
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Sumqayıt Dövlət Dram Taetrında 8 Mart Beynəlxalq Qadınlar Günü

Sumqayıt  Dövlət  Dram  Taetrında 8 Mart Beynəlxalq Qadınlar Günü

8 Mart Beynəlxalq Qadınlar Günündə Sumqayıt Dövlət Dram Taetrının Həmkarlar Komitəsinin təşkilatçılıqı ilə tədbir keçirildi. Teatrin direktoru İslam Həsənov qadınların ictimai-siyasi həyatda, ədəbiyyat, incəsənət sahəsində qabaqcıl mövqe tutduqlarını vurğuladı. Zəriflərin hər zaman kişilərlə birgə vətənə, dövlətə, azərbaycançılıq idealarına sədaqətlə qulluq etdiklərini söylədi. Daha sonra teatrın baş rejissoru əməkdar artist Firudin Məhərrəmov və kollektivin Həmkarlar sədri Zöhrəli Əliyev çıxış etdi. Zöhrəli Əliyev xanımları təbrik edərək onlara yaradıcılıq uğurları arzuladı. Təşkilatın sədr müavini əməkdar artist İlahə Səfərova ölkəmizdə, o cümlədən teatırda xanımlara yaradılan şəraitdən danışdı. Ardınca Zöhrəli Əliyev Sumqayıt şəhər Mədəniyyət işçiləri Həmkarlar Komitəsinin sədri, şair Əşrəf Veysəllinin təbriklərini kollektivə çatdırdı. Sonda Sumqayıt Dövlət Dram Teatrında çalışan bütün xanımlara hədiyyələr verildi.
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz