Təqvim
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Afaq Bəşirqızı yenidən Sumqayıt teatrının səhnəsində

Afaq Bəşirqızı yenidən Sumqayıt teatrının səhnəsində

Xalq artisti Sumqayıtda "Subaylarınızdan görəsiniz" deyəcək. Azərbaycanın görkəmli sənətkarı, xalq artisti, "Şöhrət" ordenli Afaq Bəşirqızı Sumqayıt Teatrında tamaşa oynayacaq. Süleyman Ələsgərov və İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" adlı məşhur musiqili komediyası bu dəfə Sumqayıt Dövlət Dram Teatrının səhnəsində nümayiş etdiriləcək. Tamaşa, Sumqayıt Teatrının özəl layihəsi əsasında baş tutacaq. Uzun illər əvvəl Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulan əsərdə Səməni obrazını məharətlə ifa edən Afaq Bəşirqızı yenidən bu rolu canlandıracaq. Afaq Bəşirqızı Səməni obrazını bu dəfə ona doğma olan Sumqayıt Teatrının səhnəsində ifa edəcək. Belə ki, xalq artisti 1975-ci ildən 1989-cu ilədək Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. Yaxın günlərdə məşqlərinə start veriləcək tamaşanın quruluşçu rejissoru, əməkdar artist, Sumqayıt Teatrının baş rejissoru Firudin Məhərrəmovdur.
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz