Təqvim
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı oldu

Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı oldu

Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı 60 ildən bəri ilk dəfə əsaslı təmir olunan və yenidən qurulan binada keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov, Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, məsul şəxslər, respublikanın mədəniyyət və incəsənət xadimləri, şəhər ziyalıları və mətbuat nümayəndələri iştirak ediblər.
İlk öncə teatrın hər cür şəraitə malik iş, qrim, məşq otaqları ilə tanışlıq oldu. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov mövsüm açılışının həm də şəhərin 67-ci il dönümü ilə üst-üstə düşdüyünü xoş bir təsadüf adlandırdı. Natiq Ulu öndər Heydər Əliyevin hər zaman Sumqayıta önəm vertdiyini, və incəsənətə əlahiddə qayğı göstərdiyini söylədi. Eyni zamanda bu gün prezidentİlham Əliyevin tövsiyə və göstərişlərinin Sumqayıtda qüsursuz yerinə yetirildiyini bildirdi.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev dünya standartlarına cavab verən əsaslı təmirə görə şəhər rəhbərinə öz minnətdarlığını bildirdi. Nazir Azərbaycan mədəniyyətinin artıq dünya inciləri ilə inteqrasiyasında dövlət başçısının incəsənətin və ədəbiyyatın inkişafına yönəlik verdiyi sərəncamlardan fərəhlə söz açdı. Eyni zamanda Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə gerçəkləşən, beynəlxalq aləmdə mədəniyyət hadisəsinə çevrilən irimiqyaslı layihələrdən danışan Ə.Qarayev yaradıcı kollektivə uğurlar arzuladı.
Sonra bir qrup mədəniyyət işçisi Mədəniyyət və Turizm Nazirliyinin diplomları, habelə Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olundu. Əməkdar artist Namis Şirməmmədov yaradılan şəraitə, yüksək qayğıya görə yaradıcı heyət adından minnətdarlığını bildirdi.
Daha sonra Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin “Hacı Qara” tamaşası göstərildi. Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmovdur. Əsas rollarda əməkdar artistlər Cəlal Məmmədov, İlahə Səfərova, aktyorlar Akif Mirzəyev, İlahə Səfərovaİlham Səfərli iştirak edirlər.




Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı oldu
Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı oldu
Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı oldu
Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı oldu
Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı oldu
Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı oldu
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz