Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşaya ictimai baxış oldu...

Sumqayıt Dövlət  Dram Teatrında yeni tamaşaya  ictimai baxış oldu...

Böyük ədib, görkəmli dramaturq, Molla Nəsrəddin jurnalının qurucusu, Azərbaycanı varlığı ilə sevən və xalqın maariflənməsi üçün daim mübarizə aparmış Cəlil Məmmədquluzadə yaradıcılığı hər zaman aktual olub. Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti bu mövsüm də Mirzə Cəlilə müraciət edib. Cəlil Məmmədquluzadənin 150 illiyinə töhvə olaraq ədibin “Danabaş kəndinin əhvalatları” povesti əsasında eyniadlı tamaşanı dövlət sifarişi yolu ilə hazırlamışdır. Bugün 2 hissəli tamaşaya ictimai baxış keçirildi.
Tamaşanın XIX əsrin sonlarındakı Azərbaycan kəndinin feodal-patrialxal mühitini, zülm və özbaşınalığı, xürafatı bütün dolğunluğu ilə əks etdirir. Ad rəmzi olaraq yolunu azmış Xudayar bəyin əməllərini, pul üçün İslam qanunlarını ayaqlar altına salan qaziləri, kərbəlayiləri, həmçinin bütövlükdə zülmət və qaranlığa bələnmiş mühütün cəhalət məngənəsində sıxıb əzdiyi kəndliləri səciyyələndirir.
Əsərin səhnələşdirəni və quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov, tamaşanın quruluşçu rəssamları - Elşən Sərxanoğlu və Şahin Hüseyli rejissor ideyasına və əsərin ali məqsədinə uyğun bədii dekorasiyanın öhdəsindən uğurla gəliblər. Rollarda Əməkdar artistlər İlahə Səfərova , Sədaqət Nuriyeva , Cəlal Məmmədov , Mövsüm Hüseynov, aktyorlar - Habil Xanlarov, Dağlar Rüstəmov, İlahə Səfərova , Kamran Muradlı, Akif Mirzəyev, Yalçın Səlimov, Cavanşir Eyyubzadə, Rövşad Əsgərov, İlham Səfərli, Ceyhun Məhərrəmov, Siyavuş Mahmudov, Elmir Mehdiyev, Ramazan Xanlarov, Vaqif Səmədzadə, Orxan Firudinov, Mətanət Əmirullayeva, Mətləb Səfərli və Fizuli Qərənizadə çıxış edirlər. Tamaşa izləyicilərə “Haqqın, ədalətin yanında ol” mesajını ötürür.
Səhnə əsərinin ictimai baxışında bədii şura üzvləri, teatrın yaradıcı heyəti iştirak edirdi. Teatrın direktoru Əməkdar artist ilk öncə tamaşanı ərsəyə gətirən kollektivi təbrik etdi, Mirzə Cəlil yaradıcılığının aktuallığından danışdı və klassik əsərlərin gənclərin tərbiyəsində oynadığı önəmli rolu vurğuladı. Teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmov yaradıcı kollektivi təbrik etdi.Bədii şura üzvləri, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov və başqaları yeni tamaşanın bədii-estetik məziyyətlərindən, aktyor impravizələrinin dəqiqliyindən, tamaşanın bədii tərtibat həllinin uğurundan danışdılar. Çıxışlarda göstərildi ki, əsərin ideyası bugünkü qloballaşan cəmiyyətdə hüquq azadlığı, sosial ədalət prinsipləri ilə səsləşir.

Sumqayıt Dövlət  Dram Teatrında yeni tamaşaya  ictimai baxış oldu...
Sumqayıt Dövlət  Dram Teatrında yeni tamaşaya  ictimai baxış oldu...
Sumqayıt Dövlət  Dram Teatrında yeni tamaşaya  ictimai baxış oldu...
Sumqayıt Dövlət  Dram Teatrında yeni tamaşaya  ictimai baxış oldu...
Sumqayıt Dövlət  Dram Teatrında yeni tamaşaya  ictimai baxış oldu...
Sumqayıt Dövlət  Dram Teatrında yeni tamaşaya  ictimai baxış oldu...
Sumqayıt Dövlət  Dram Teatrında yeni tamaşaya  ictimai baxış oldu...
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz

Ad:*
E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kodu daxil edin: *
yenilə, əgər kod görünmürsə