Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Sumqayıt Dövlət Dram teatrında Gənclər Günü qeyd ediləcək...

Sumqayıt Dövlət Dram teatrında Gənclər Günü qeyd ediləcək...

Ulu Öndər dünya şöhrətli siyasətçi Heydər Əliyev II dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkədə hüquqi dövlət quruculuğu ilə bərabər gənclərin də sağlam düşüncəli formalaşması, düzgün istiqamətləndirilməsi və cəmiyyətə, dövlətə layiqli xidmət etmələri üçün zəruri tədbirləri həyata keçirdi. 1994-cü ildə Azərbaycanda ilk dəfə yeni qurum- Gənclər və İdman Nazirliyi yaradıldı. Gənclərin I ümumrespublika formu gerçəkləşdi. Ümumilli lider hər zaman gənc kadrlara önəm vermişdir. Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyev də bu ideyanı uğurla davam etdirməkdədir. Dövlətin gənclər siyasəti özündə bu kontingentin mənəvi-psixoloji, fiziki sağlamlığını, bütün sahələrdə uğura imza atma şansını ehtiva edir. 2007-ci il Azərbaycanda Gənclər ili elan edildi. Heç şübhəsiz gənclərə dövlət qayğısı yeni təfəkkürlü, müasir gənclərin öz potensialını realizə etmələrinə rəvac verir.
Sumqayıt Dövlət Dram teatrında da hər zaman gənclərə önəm verilir. Məhz son iki ildə bir neçə gənc aktyor truppasına qəbul olunmuşdur. Yeni hazırlanan tamaşalarda və repertuar tamaşalarında gənclərin təcrübələrini artırması üçün imkan yaradılır. Kiçik yaşlı tamaşaçılarda teatra marağın artırılması, məktəblilərlə görüşlərin təşkil edilməsi yönündə bir çox layihələr həyata keçirilməkdədir. Sumqayıt Dövlət Dram teatrı 2020-ci il 2 fevral Gənclər günündə C.Cabbarlının “Solğun çiçəklər” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək. Yaradıcılıq mübadiləsi üçün teatra dəvət edilmiş istedadlı rejissor Elşən Zeynallının quruluş verdiyi tamaşada rol alan gənc aktrisalar Şəhla Məmmədova və İlahə Səfərova mükəmməl oyun nümayiş etdirmişlər. Tamaşa iki gəncin faciəvi məhəbbət dramı üzərində qurulub. Tamaşa ötən əsrin əvvəllərində baş vermiş hadisəni işıqlandırsa da əslində didaktik- nəsihətverici fakt kimi aktualdır. Göz qamaşdırıcı var-dövlətlə saf duyğular, ülvi məhəbbət üz-üzə qalır. Və tamaşa boyu ziddiyyətlərin mübarizəsi gedir. Təəssüf ki, şöhrət günəşi Bəhramın gözünü qamaşdırır, o xəyanət yolunu seçir, amma sonda həqiqəti dərk edir. Müəllif sanki sevgisindən üz çevirmiş gənci cəzalandırır. Bu tamaşa gənclərə “sevginizə qətiyyətli olun” mesajını ötürür. Sevindirici fakt odur ki, rejissor peşəkarlığı, bədii tərtibat və aktyor oyunu tamaşada vəhdət təşkil edir. 2 fevral saat 18:00-da nümayiş olunacaq nakam sevgi dramında obrazları Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar İlahə Səfərova, Şəhla Məmmədova, Dağlar Rüstəmov, İlqar İbrahimov canlandırır.

Sumqayıt Dövlət Dram teatrında Gənclər Günü qeyd ediləcək...
Sumqayıt Dövlət Dram teatrında Gənclər Günü qeyd ediləcək...
Sumqayıt Dövlət Dram teatrında Gənclər Günü qeyd ediləcək...
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz

Ad:*
E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kodu daxil edin: *
yenilə, əgər kod görünmürsə