Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Sumqayıt Dövlət Dram Teatrında Xalq artistinin 80 illiyi qeyd olundu

Sumqayıt Dövlət Dram Teatrında Xalq artistinin 80 illiyi qeyd olundu

Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi hər zaman burda çalışmış və hazırda fəaliyyət göstərən insanlara xüsusi qayğı və diqqətlə yanaşmışdır. Zamanında Azərbaycan teatrına töhvə vermiş sənət adamları premyeralara dəvət olunur, onların doğum günləri, yubileyləri diqqətdən kənar qalmır.
Bugün Sumqayıt Dövlət Dram Teatrının səhnəsində yetərincə maraqlı, xarakterik obrazlar yaratmış Svetlana Həkimovanın 80 illik yubileyi qeyd olundu. Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov sənətkarı təbrik etdi, dövlətin mədəniyyətə qayğısını vurğuladı. O cümlədən Sumqayıtın sosial- mədəni inkişafından söz açdı və bu inıişaf palitrasında teatrın da öz çalarlarının olduğundan qürur duyduğunu söylədi. Direktor müavinləri Əməkdar artist Vidadi Məmmədov, Maya Məmmədova, quruluşçu rejissor Əməkdar artist Namis Şirməmmədov, istedadlı aktrisa Əməkdar artist İlahə Səfərova və digər aktyorlar çıxışlarında Svetlana xanımın teatrda, televiziyada, şəhərin mədəni-kütləvi tədbirlərində oynadığı obrazlara nəzər saldılar. Xalq artistinin oyun tərzindən, səhnədə çevikliyindən, inprovizə qabiliyyətindən danışdılar. Qeyd olundu ki, Svetlana Həkimovanın yaratdığı “Solğun çiçəklər”- Sara, “Qaraca qız”- Gülğəri nənə, “Demoklisin qılıncı”- Hakimin qızı və bir sıra obrazları bugün də yaddaşlarda qalır. Sonda teatrın direktoru Əməkdar artist Mübriz Həmidov Sumqayıt Dövlət Dram Teatrının kollektivi adından Svetlana xanıma bir daha təbrikini bildirdi və teatr kollektivi adından hədiyə təqdim etdi.

Sumqayıt Dövlət Dram Teatrında Xalq artistinin 80 illiyi qeyd olundu
Sumqayıt Dövlət Dram Teatrında Xalq artistinin 80 illiyi qeyd olundu
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz

Ad:*
E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kodu daxil edin: *
yenilə, əgər kod görünmürsə