Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Təltif olunanlar arasında Sumqayıt Dövlət Dram Teatrının əməkdaşları da var.

Təltif olunanlar arasında Sumqayıt  Dövlət Dram Teatrının əməkdaşları da var.

Sumqayıtın şəhər statusu almasının 70 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Şəhərin sosial-mədəni, iqtisadi inkişafında xidmətləri olan bir qrup şəxsi mükafatlandırıb.
"Tərəqqi" medalına layiq görülənlər və "əməkdar mədəniyyət işçisi" fəxri adı alanlar içərisində teatrımızın da əməkdaşları var. Həşimov Nadir Əbdül oğlu, Məmmədov Vasif Gülbala oğlu Əməkdar mədəniyyət işçisi fəxri adına, Səfərli Mətləb Səfərağa oğlu, Səlimov Yalçın Üzeyir oğlu, Dadaşov Nizami Məhərrəməli oğlu isə "Tərəqqi" medalına layiq görülüb. Mükafatlandırılan hər kəsi təbrik edirik.
Dövlət başçısına teatr rəhbərliyi, yaradıcı və texniki heyət adından minnətdarlığımızı bildirir və əmin etmək istəyirik ki, bizə göstərilən etimadı doğruldacaq, bundan sonra da şəhərin sosial-mədəni həyatında fəallıq göstərəcəyik.
Prezident İlham Əliyevin, 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətə, incəsənətə əlahiddə qayğısı, Mədəniyyət Nazirliyinin xüsusi diqqəti, Sumqayıt şəhər rəhbərliyinin yaradıcılıq üçün yaratdığı münbit şərait qarşımızda uğurlarla müşaiyət olunan yeni üfüqlər açır.
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz