Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Sumqayıt Dövlət Dram Teatrı 51-ci teatr mövsümünü “Solğun çiçəklər” ilə açdı...

Sumqayıt Dövlət Dram Teatrı 51-ci teatr mövsümünü “Solğun çiçəklər” ilə açdı...

Sumqayıt Dövlət Dram Teatrında 21.09.2019-cu il tarixində 51-ci mövsümün açılışı reallaşdı. Teatrın yaradıcı heyəti yeni mövsümdə tamaşaçıların görüşünə Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri ilə gəldi. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə C.Cabbarlının 120 illiyi bu il ölkədə xüsusi qeyd olunur. Məhz buna görə də teatr Mədəniyyət nazirinin sifarişi ilə ölməz dramaturqa müraciət etmişdir. Televiziya və kino sahəsində uğurlu filmlərin rejissoru olmuş Elşən Zeynallı “Solğun çiçəklər”ə müasir yozumda təhlil vermişdir. Nəticədə uzun illər müxtəlif teatrların repertuarında yer almış məşhur pyes Sumqayıt teatrında özünün tam fərqli, yeni səhnə taleyini yaşadı.
Rollarda əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar Şəhla Məmmədova, İlahə Səfərova, İlqar İbrahimov və Dağlar Rüstəmov çıxış etdilər. Tamaşanın quruluşçu rəssamları Elşən Sərxanoğlu və Şahin Hüseynlidir, musiqi tərtibatı isə İradə Muradovaya aiddir.
Açılış mərasimində ilk olaraq teatrın direktoru Əməkdar incəsənət xadimi Mübariz Həmidov hər kəsi salamladı, teatra olan dövlət qayğısından, eyni zamanda şəhər rəhbərliyinin həssas münasibətindən danışdı. Təntənəli qeyd olunan yubiley ilindən sonra hər mövsümün daha da uğurla başa çatması üçün, zəruri olan düzgün repertuar seçimi, yüksək bədii səviyyəli tamaşaların hazırlanması, tanıtım layihələrin işlənməsi və bu istiqamətdə dövlətin teatrlara əlahiddə qayğısından söz açan teatr rəhbəri tamaşaçıları yeni tamaşaya baxmağa dəvət etdi.
Premyera əsl sənət bayramına çevrildi. Mədəniyyət Nazirliyinin nümayəndələri, Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, şəhər ziyalıları, Bakı teatrlarının aktyor və rejissorları , Sumqayıtın teatrsevərləri bu bayram sevincini yaşadılar. Möhtəşəm tamaşa alqışlarla qarşılandı.

Sumqayıt Dövlət Dram Teatrı 51-ci teatr mövsümünü “Solğun çiçəklər” ilə açdı...
Sumqayıt Dövlət Dram Teatrı 51-ci teatr mövsümünü “Solğun çiçəklər” ilə açdı...
Sumqayıt Dövlət Dram Teatrı 51-ci teatr mövsümünü “Solğun çiçəklər” ilə açdı...
Sumqayıt Dövlət Dram Teatrı 51-ci teatr mövsümünü “Solğun çiçəklər” ilə açdı...
Sumqayıt Dövlət Dram Teatrı 51-ci teatr mövsümünü “Solğun çiçəklər” ilə açdı...
Sumqayıt Dövlət Dram Teatrı 51-ci teatr mövsümünü “Solğun çiçəklər” ilə açdı...
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz