Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Sumqayıt Dövlət Dram Teatrı 51-ci teatr mövsümünə start verdi

Sumqayıt Dövlət Dram Teatrı 51-ci teatr mövsümünə start verdi

50-ci teatr mövsümünü müvəffəqiyyətlə başa vuran Sumqayıt Dövlət Dram Teatrında 51-ci mövsümün ilk toplantısı keçirildi. Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov hər kəsi salamladı, cari mövsümün kollektiv üçün məhsuldar il olmasını arzuladı. Direktor ötən il hazırlanan müxtəlif janrlı tamaşalardan, həyata keçirilən yeni layihələrdən, hər birinin uğurla nəticələnməsindən və bu proqresin davamlılığından danışdı. Prezident İlham Əliyevin böyük dramaturq-yazıçı C.Cabbarlının yubileyi ilə əlaqədar verdiyi sərəncama əsasən sənət ocağında “Solğun çiçəklər” faciəsinin hazırlanaraq 51-ci mövsümün açılışında nümayiş etdirilməsinin nəzərdə tutulduğunu deyən Mübariz Həmidov eyni zamanda teatrımızın, incəsənətimizin dünya miqyasında tanıdılması üçün kollektivimizin öhdəsinə düşən məsuliyyəti vurğuladı. O bildirdi ki, Sumqayıt Dövlət Dram Teatrı 51-ci mövsüm bir neçə festivala qatılacaqdır. Bunun üçün yaradıcı heyətin əzmlə, şövqlə çalışmasının vacibliyini dilə gətirən Əməkdar artist Mübariz Həmidov qarşıda duran planlardan da söz açdı. Daha sonra teatrın baş rejissoru xalq artisti Firudin Məhərrəmov fikirlərini kollektivlə bölüşdü. Xalq artisti son zamanlar hazırlanan PR kompaniyalara, müxtəlif maarifləndirici layihələr irəli sürdüyünə, həmçinin kollektiv daxili mükafatlandırma tədbiri keçirildiyinə görə direktora xüsusi minnətdarlıq bildirdi. Direktorun ideya müəllifi olduğu bir sıra layihələr sayəsində tetra tamaşaçı axınının da artığını, axşam tamaşalarının anşlaqla keçdiyini söylədi. İclasda cari mövsümdə həyata keçirilməsi nəzərdə tutulan bir sıra məsələlər müzakirə olundu.
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz

Ad:*
E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kodu daxil edin: *
yenilə, əgər kod görünmürsə