Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

"Dəfn edilməmiş ölülər" Sumqayıt Dövlət Dram Teatrında

"Dəfn edilməmiş ölülər"  Sumqayıt Dövlət Dram Teatrında

Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi hər zaman istedadlı gənclərə dəstək olmağı özünün başlıca prinsipi sayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin diplomantı Ümid Abbasın kollektivimizdə ərsəyə gətirdiyi tamaşa buna bariz sübutdur. Əməkdar incəsənət xadimi, tanınmış rejissor Mehriban Ələkbərzadənin tələbəsi Ümid Abbas diplom işini Sumqayıt Dövlət Dram Teatrının aktyorları ilə hazırlayıb. Gənc rejissor dünya ədəbiyyatının nəhənglərindən olan Sartra müraciət edib. "Dəfn edilməmiş ölülər" psixoloji dramdır. Rolları əməkdar artist Cəlal Məmmədov, aktyorlar İlahə Səfərova, Şəmistan Süleymanlı, Kamran Muradlı, Elmir Mehdiyev və Aynur Hümmətova canlandırırlar. Diplomant rejissor dünyanın əzəli və əbədi mövzusu olan ölüm və olum fəlsəfəsini, müharibələrin daim faciə, səfalət və insanlara bəlalar gətirməsi ilə sona yetməsini öz dəsti-xəttilə həll edir. Tamaşa 18 iyun saat 18:00-da oynanıldı.
Xalq artisti Cənnət Səlimova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Fikrət Sultanov, Rusiya Dövlət Teatr və İncəsənət İnstitutunun professoru, Dövlət İmtahan Komissiyasının sədri Aleksandr Barmak, Sumqayıt Dövlət Dram Teatrının direktoru, Dövlət İmtahan Komissiyasının üzvü, Əməkdar artist Mübariz Həmidov, Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Sahib Novruzov, gənc rejissorun sənət müəllimi, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və digər komissiya üzvləri tamaşa ilə bağlı fikirlərini və tövsiyələrini bildirərək uğurlu tamaşa ilə əlaqədar quruluşçu rejissoru və Sumqayıt Dövlət Dram Teatrının aktyorlarını təbrik etdilər.

"Dəfn edilməmiş ölülər"  Sumqayıt Dövlət Dram Teatrında
"Dəfn edilməmiş ölülər"  Sumqayıt Dövlət Dram Teatrında
"Dəfn edilməmiş ölülər"  Sumqayıt Dövlət Dram Teatrında
"Dəfn edilməmiş ölülər"  Sumqayıt Dövlət Dram Teatrında
"Dəfn edilməmiş ölülər"  Sumqayıt Dövlət Dram Teatrında

"Dəfn edilməmiş ölülər"  Sumqayıt Dövlət Dram Teatrında
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz

Ad:*
E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kodu daxil edin: *
yenilə, əgər kod görünmürsə