Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Tamaşalar haqda tamaşaçı rəyi

Tamaşalar haqda tamaşaçı rəyi

Sumqayıt Dövlət Dram Teatrı cari mövsümdə yeni layihələr, PR kompaniyalar həyata keçirərək teatra tamaşaçı axınının artmasına nail olmuşdur. Buna təkan verən amillərdən biri və önəmli faktor repertuar siyasətinin qurulmasından tutmuş ən kiçik nüanslara qədər tamaşaçı fikrinin nəzərə alınmasıdır. Son 3 ayda teatrın tamaşalar barədə rəy kitabına yazılan tamaşaçı rəylərini, təklif və iradlarını diqqətinizə çatdırırıq.
Qeyd edək ki, teatrda bütün tənqid və təkliflərə böyük həssaslıqla yanaşılır.

Bugün övladlarımla “Tıq-tıq xanım” tamaşasına baxdıq. Əla quruluşda idi. Son vaxtlar teatrda əhəmiyyətli dəyişikliklər hiss olunmaqdadır. Hər şeyə görə təşəkkürlər. 23.03.2019 Mehbarə xanım

“Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası çox xoşumuza gəldi. Çox maraqlı quruluş idi. Yaradıcı heyət böyük ustalıqla çıxış etdi. Teatrın kollektivinə və rəhbərliyinə öz minnətdarlığımızı bildiririk.
03.05.2019 Sumqayıt Musiqi Kollecinin kollektivi adından Mətanət İsmayılova

“Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasına baxıb, böyük zövq aldıq. Bütün aktyorlar çox böyük ustalıqla çıxış etdi. Bütün yaradıcı heyətə öz təşəkkürümüzü bildirir, böyük uğurlar arzulayırıq. Xüsusilə əcinə rolunu ifa edən İlahə xanıma çox-çox təşəkkürlər. O, öz rolunu elə məharətlə oynadı ki, hamıdan seçilirdi. Teatr kollektivinə gələcək tamaşalarda da belə uğurla çıxış edib, müvəffəqiyyətlər qazanmağınızı və tamaşaçıların rəğbətini qazanmağınızı arzulayıram.
03.05.2019 S.Məlikova

Bugün şagirdlərimlə bərabər “Zülmətdə nur “ tamaşasına baxdıq. Aktyorların səmimi oyunu bizə çox təsir etdi, hətta kövrəltdi. İstedadlı aktyor, aktrisalara minnətdarlığımızı bildiririk. Rejissoru da alqışlayırıq. Firudin Məhərrəmliyə xüsusi təşəkkürlər. Təklif edirəm ki, aktyor heyətini tanımaq üçün hər tamaşa üçün proqram tərtib edilsin. Bu çox gözəl olar.
19.05.2019 12 saylı orta məktəbin ədəbiyyat müəllimi Quliyeva İradə. Valideyn Ülviyyə xanım, şagirdlər Mələksima, Zeynəb və Nərmin

Tamaşalar haqda tamaşaçı rəyi
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz