Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Sumqayıt Dövlət Dram Teatrında yeni layihə “Sevgilim Sumqayıt”

Sumqayıt Dövlət Dram Teatrında yeni layihə “Sevgilim Sumqayıt”

Sumayıt Dövlət Dram Teatrında yeni səhnə əsərinin hazırlanmasına start verilmişdir.
Ölkə başçımız İlham Əliyevin müvafiq sərəncamı ilə bu ilin noyabr ayında Sumqayıt şəhərinin 70 illik yubileyi təntənəli şəkildə qeyd olunacaqdır. Artıq şəhərdə yubiley ab-havası hiss olunmaqdadır.
Sumayıt Dövlət Dram Teatrı da şəhərin önəmli bayramına öz yaradıcılıq töhfəsini verməyə hazırlaşır.
İdeya müəllifi və layihə rəhbəri - teatrın direktoru əməkdar artist Mübariz Həmidovun təşəbbüsü ilə tanınmış dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli Sumqayıtın tarixi, mədəni-sosial, iqtisadi inkişaf mənzərəsini əks etdirən yeni pyes yazıb. Müəllif öz qəhrəmanlarını əfsanə və rəvayətlər aləmindən günümüzə gətirir, insan zəkası və zəhməti ilə gerçəkləşən möcüzəyə qovuşdurur.
Xalq artisti F.Məhərrəmovun quruluş verdiyi səhnə əsərinin hazırlıq işlərinə artıq başlanılmışdır. Tamaşanın tərtibatı rəssam Elşən Sərxanoğluya məxsusdur. Rolları əməkdar artistlər Fəranə Musayeva, Növrəstə Həşimova, Sədaqət Nuriyeva, İlahə Səfərova, Cəlal Məmmədov, Xatirə Süleymanova, aktyorlar Kamran Muradlı, Elay Xasiyev, İlahə Səfərova, Aynur Hümmətova, Şəmistan Süleymanlı, Yeganə Məmmədvəliyeva, Vəfa Qurbanova, Şəms Abdullayeva, Sevda Hüseynova, Mətanət Əmirullayeva, İlqar İbrahimov və Akif Mirzəyev canlandırır.
Yeni tamaşanın təhvil verilməsi may ayının 15-də nəzərdə tutlmuşdur. Daha sonrakı aylarda şəhərin möhtəşəm yubiley tədbirləri çərçivəsində “Sevgilim Sumqayıt” tamaşaçılara təqdim olunacaqdır

Sumqayıt Dövlət Dram Teatrında yeni layihə “Sevgilim Sumqayıt”
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz