Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Sumqayıt Dövlət Dram Teatrı “Nəsimi ili, Nəsimi dili” adlı festivalda...

Sumqayıt Dövlət Dram Teatrı “Nəsimi ili, Nəsimi dili”  adlı festivalda...

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dahi şair, məslək və əqidə sahibi İmaməddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin Nəsimi ili elan edilməsi barədə sərəncamı ölkəmizdə silsilə tədbirlərin reallaşmasına rəvac vermişdir.. Bakı Uşaq Teatrı və Azərbaycan Teatr Xadimləri İttifaqı da dahi şairin 650 illiyinə həsr olunmuş “Nəsimi ili, Nəsimi dili” adlı festival keçirəcəkdir.
Aprelin 12-i saat 16:00-da açılışı olacaq festivalda Sumqayıt Dövlət Dram Teatrının kollektivi Ə.Qiyasın “Şah və Sultan” kompozisiyası ilə iştirak edəcəkdir. Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov və gənc aktyor Şəmistan Süleymanlı ilə xalq artisti Firudin Məhərrəmovun hazırladığı tamaşa-kompazisiya taxt-tac sahibi ilə şairin mükaliməsinə həsr olunmuşdur. Sultan gizlincə hürufiliyi öyrənir Nəsimin şeirlərini və fəlsəfi düşüncələrini mənimsəyir. Nəsiminin Allahı dandığını deyil, ona daha böyük sevginin fəlsəfəsi ilə yanaşdığını dərk edir. Taxt-tac sahibi şairi xilas etmək istəyir. Amma mükalimədə məlum olur ki, bu məşəqqətli yol sadəcə oxumağı, öyrənməyi deyil, ruhi bağlılığı tələb edir. Kamil insan fəlsəfəsində mənsəb, maddiyyat bolluğu əsas deyil. Gərək mənən də, cismən də odun içindən keçəsən, inam və iman sayəsində əngəlləri adlaya biləsən. Sonda taxt-tac sözün qüdrəti qarşısında aciz qalır.
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz