Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Sumqayıt Dövlət Dram Teatrında Gənclərlə görüş

Sumqayıt Dövlət Dram Teatrında Gənclərlə görüş

Sumqayıt Dövlət Dram Teatrı fevral ayında bir-birindən maraqlı, müxtəlif janrda səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlib. Şəhər sakinlərininmədəni istirahətini təmin edən teatrımız 22 fevralda Gənclər və İdman İdarəsi ilə birgə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramında göstərildiyi kimi gənclərin sağlamlığının qorunması, möhkəmləndirilməsi, sağlam həyat tərzinin təmin edilməsi, narkomaniya, alkoqolizm və digər neqativ halların azalması, aradan qaldırılmasına kömək məqsədli, maarifləndirici “Narkoman” tamaşasını gənc və yeniyetmələrdən təşkil olunmuş auditoriyaya təqdim etdi. Tamaşadan öncə çıxış edənlər - Sumqayıt Dövlət Dram Teatrının direktoru Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov, Sumqayıt şəhər Gənclər və İdman baş idarəsinin rəisi Elgün Hümbətov, Sumqayıt şəhər ağsaqqallar şurasının sədri Müzəffər Gülümov, Sumqayıt şəhər Bələdiyyəsinin sədri Soltan Əsədov, narkomaniya ilə mübarizə bölməsinin məsul işçisi Bəbir Alxanov cəmiyyətin bəlası olan narkomaniya və ona düçar olan gənclərin faciəli həyatından, Ölkə başçısı İlham Əliyevin 24 iyun 2013-cü il tarixli “Narkotik vasitələri,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair” Sərəncamından irəli gələn məsələlərin həllində teatrın rolunun əvəzsiz olduğunu qeyd etdilər.
Kamran Nəzirlinin “Narkoman” psixoloji dramının səhnə versiyasına Xalq artisti Kamran Quliyev quruluş verib. Səhnə əsərində obrazları Əməkdar artistlər Növrəstə Həşimova, Cəlal Məmmədov, aktyorlar Şəhla Məmmədova, İradə Zeynalova, Sevda Hüseynova, Mətləb Səfərli, Rövşad İlyasov, İlqar İbrahimov və Rövşən Əsgərov canlandırır..

Sumqayıt Dövlət Dram Teatrında Gənclərlə görüş
Sumqayıt Dövlət Dram Teatrında Gənclərlə görüş
Sumqayıt Dövlət Dram Teatrında Gənclərlə görüş
Sumqayıt Dövlət Dram Teatrında Gənclərlə görüş
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz