Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

"Bizə yazırlar"

Sumqayıt Dövlət Dram Teatrının kollektivi son vaxtlar mütəmadi olaraq həftə arası, hər şənbə bazar yeni, müxtəlif janrlı tamaşalarla şəhərimizin sakinlərinin və qonaqların görüşünə gəlir.
Tamaşaların davamlı olaraq nümayişini təşkil etmək məqsədi ilə teatr rəhbərliyi aylıq repertuar planını təsdiqləmiş, teatrda yaradılmış marketinq prinsipi ilə ictimai nəqliyyatda, sosial şəbəkələrdə, ASAN Xidmət Mərkəzində və müxtəlif ali təhsil ocaqlarında tamaşalar barədə vaxtaşırı məlumatlandırılmaqdadır.
Artıq ikinci aydır ki, teatrda açıq kassa sistemi üzrə tamaşaçılar davamlı olaraq tamaşalara gəlməkdədir və şəhər sakinləri ilə bərabər bu sahədə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələrinin əməkdaşları tamaşaçı qismində daha aktivdirlər.
Yeni iş metodu, müasir düşüncə və kreoativ yanaşma tərzi öz bəhrəsini verməkdədir.
Hazırda teatrda tamaşaçı rəyini öyrənmək üçün mövsüm başlayandan rəy jurnalı da fəaliyyət göstərir.
"Tamaşalarımızı izləyən hər bir tamaşaçının fikri, təklifləri, iradları bizim üçün çox önəmlidir. Sumqayıt tamaşaçısı hər zaman elmə, təhsilə, mədəniyyətə xüsusi diqqət etməsi ilə fərqlənmişdir. Biz bunu tamaşalarımıza rəy bildirən tamaşaçıların fikrindən də aydın görürük" - deyə teatrın direktoru Əməkdar incəsənət xadimi Mübariz Həmidov bildirmişdir.
"Bizə yazırlar "- rubrikası adı ilə ayda iki dəfə ən maraqlı tamaşaçı fikrini geniş kütlənin diqqətinə çatdırmaq qərarına gəldik. Onlardan bir neçəsini hörmətli oxucularımızın və tamaşaçılarımızın diqqətinə təqdim edirik...


Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə Turqut Özakmanın “Ocaq” tamaşasına baxış keçirilmişdir. Tamaşa çox yüksək səviyyədə keçirildi. YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynovun və tamaşada iştirak edən bir qrup partiya fəallarının adından Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyinə və çoxsaylı kollektivinə dərin minnətdarlığımızı birdirirk.
06.10.2018
Sumqayıt ş.

Bugün SDDT-də “Ocaq “ tamaşasını ailə üzvlərim və Aypara kollektivi ilə birgə böyük məmnuniyyətlə izlədik. Tamaşa çox xoşuma gəldi. Aktyorlar tamaşada əsəri çox canlı təqdim etdilər. Böyük zövq aldıq. Ailəm və Qızıl Aypara kollektivi adından tamaşanın quruluşçu rejissoru və aktyorlarına uğurlar arzulayırıq.
Hörmətlə,
Qızıl Aypara Cəmiyyəti
Sumqayıt şəhər təşkilatının sədri
Mətanət Məhərrəmova
06.10.2018
Sumqayıt ş.

Bu gün mən qızlarımla "Qatıl" tamaşasına baxdım. Bu bizim baxdığımız ilk tamaşa deyil. İmkan daxilində tamaşalara baxmağa gəlirik. Həmişəki kimi hər şey çox möhtəşəm idi. Səhnə dekorasiyası, musiqi seçimi, aktyorların ifası təqdirəlayiq idi. Bir tamaşaçı kimi öz iradımı bildirmək istəyirəm. Tamaşa zalı çox soyuq olur. Teatrın təmiri gözəldir, gözoxşayandır. Fikirləşdim ki, bu təmirdən sonra zalda isti olar. Amma görürəm ki, bu belə deyil. Xahiş edirəm mənim bu iradımı nəzərə alasınız.
Yeganə xanım.
10.02.2019.
Sumqayıt ş.

Bugün mənə yaxın olan 10 nəfərlə Sumqayıt teatrına tamaşaya gəldik. Təşəbbüs mən tərəfdən irəli sürüldüyü üçün çox narahat idim. Con Patrikin “Qocanı öldürməliyik” əsəri ilk dəqiqələrindən bizi sehrinə saldı. Aktyorların oyunu hamımızı valeh etdi. Ümid edirəm ki, teatra yenə gələcəyik.
Həkim Rəna xanım
26.01.2019
Sumqayıt ş.

“Ocaq” adlı səhnə əsərini izlədim. Tamaşa çox gözəl təsir bağışladı Çox maraqlı idi. Bu tamaşanı özüm yaşamış kimi oldum. Məncə bu yaradıcı heyəıtin təbiiliyi və təsirediciliyindən irəli gəlirdi. Gözəl tamaşaya görə minnətdarlığımı bildirirəm.
Ayidə Osmanova
27.01.2019
Sumqayıt ş.

“Qatil”ə baxdım. Bu tamaşaya Azdramada 4 dəfə baxmışam. Amma bu dəfə mənə elə gəldi ki, ilk dəfə baxıram. Quruluş tam fərqli idi. Xatirə xanım və Oktay isə möhtəşəm. Sizə uğurlar!
Hörmətlə, Azər
10.02.2019
Sumqayıt ş.
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz