Təqvim
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Sumqayıt Dövlət Dram Teatrının kollektivi ölkə başçıını təbrik edir...

Sumqayıt Dövlət Dram Teatrının kollektivi   ölkə  başçıını təbrik edir...

Sumqayıt Dövlət Dram Teatrının kollektivi ölkə başçısı cənab İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
“Möhtərəm cənab Prezident! Sumqayıt Dövlət Dram Teatrının kollektivi doğum gününüzü və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni-2019-cu il münasibətilə ürəkdən təbrik edir, ölkəmizin sürətlə çiçəklənməsi sahəsində tükənməz fəaliyyətinizdə və şəxsi həyatınızda Sizə uğurlar arzulyır. Müasir Azərbaycan dövlətçiliyinin inkişafı, Respublikamızın dünya arenasında yetərincə tanınması məhz Sizin yorulmaz fəaliyyətinizlə bağlıdır. Qürur duyuruq ki, çalışdığımız teatr sənəti də bilavasitə Sizin yüksək diqqət və qayğınız sayəsində gündən-günə inkişaf edir.Kollektivimizin müasir standartlara uyğun, əsaslı təmir olunmuş binada fəaliyyət göstərməsi,sənət adamlarının fəxri adlarla, mükafatlarla təltif edilməsi bunun bariz nümunəsidir.
Cənab Prezident! Sizi bir daha ad gününüz münasibətilə ürəkdən təbrik edir, xalqımızla birgə tezliklə qələbə sevinci yaşamağınızı arzu edirik.”


Hörmətlə,
Sumqayt Dövlət Dram Teatrı kollektivi adından
Teatrın direktoru Mübariz Həmidov
Azərbaycan Respublikasının Əməkdar artisti

Xəbərin sayt üzrə reytinqi

Şərh yaz