Təqvim
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Sumqayıt Dövlət Dram Teatrında Ulu Öndər anıldı...

Sumqayıt Dövlət Dram Teatrında  Ulu Öndər anıldı...

Tarix onu yazan, zəkası və iradəsi, qətiyyəti ilə yaradan şəxsiyyətlərilə mənalıdır. Belə qüdrətıi şəxsiyyətlərdən biri dünya siyasi arenasında öz imzasını qoymuş ulu öndər Heydər Əliyevdir. Hələ Sovet dönəmində karyerasını riskə ataraq milli mücahidlərə kömək göstərirdi. 1993-cü ilin yayında siyasi hakimiyyətə qayıdışından sonra ümumilli lider Müstəqil Azərbaycanı rahat bir inkişaf yoluna çıxartdı, bütün sferalarda tərəqqi strategiyası formalaşdırdı. Ulu öndər dövlətçilik təfəkkürünü, azərbaycançılıq fəlsəfəsini bizə aşıladı. Təəssüf ki, yaradılışın acı reallığı dahi siyasətçini cizmən bizdən ayırdı.
Sumqayıt Dövlət Dram Teatrında ulu öndərlə bağlı, onun dövlətçilik fəaliyyətini özündə ehtiva edən iki tarixi dram- A.Babayev “Xilaskar”, H.Orucov “Burdan min atlı keçdi” tamaşaları hazırlanaraq tamaşaçılara təqdim olunub.
Bu gün də teatr kollektivi dərin hüzn və hörmətlə dahi öndəri andı. Ümumilli liderin mədəniyyət, ədəbiyyat tarixində silinməz iz qoyduğu danılmaz faktdır. Onun sənət adamlarına verdiyi dəyər hər zaman teatr xadimlərini yeni yaradıcılıq axtarışına sövq edir.

Sumqayıt Dövlət Dram Teatrında  Ulu Öndər anıldı...

Sumqayıt Dövlət Dram Teatrında  Ulu Öndər anıldı...

Sumqayıt Dövlət Dram Teatrında  Ulu Öndər anıldı...
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz