Təqvim
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

50 yaşlı Sumqayıt Dövlət Dram Teatrı yubiley astanasında...

50 yaşlı Sumqayıt Dövlət Dram Teatrı yubiley astanasında...
[justify] Azərbaycan Respublikası Nazirlər Sovetinin 105 nömrəli 12 mart 1968-ci il tarixli qərarı və Mədəniyyət Nazirinin 10 iyul 1968-ci il tarixli əmri ilə Gənclər və Sənaye şəhərində ilk teatr yaradıldı. Elə gənclik şəhəri olduğunu nəzərə alaraq sənət ocağını da H.Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı adlandırdılar. Görkəmli pedaqoq və rejissor Nəsir Sadıqzadə teatra baş rejissor təyin olundu. 1969-cu il 14 martda Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir və dramaturq M.F.Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” komediyası ilə teatrın ilk tamaşasının premyerası keçirildi. Sonradan ayrı-ayrı dövrlərdə teatrın adı dəyişsə də yaradıcı heyətin sənət eşqi dəyişməz qaldı.
İndi Sumqayıt Dövlət Dram Teatrı özünün 50 yaşını qeyd edir. Arxada uğurlu tamaşalar, festivallar, irəlidə isə çağdaş teatr prosesi ilə ayaqlaşa biləcək beynəlxalq layihələr... Həm də bu 50 illiyi səciyələndirən və qəlbimizi fərəh hissi ilə dolduran önəmli cəhət yubileyi günü-gündən abadlaşıb, gözəlləşən, yeni tikilən binaları, geniş və yaşıllığı ilə göz oxşayan küçə və meydanları hər kəsi heyran edən doğma şəhərimiz- Sumqayıtda tam müasir standartlara cavab verən, əsaslı təmir olunmuş və yenidən qurulmuş binada qarşılamağımızdır. Üstəlik dövlət başçısının yaradıcı heyətə qayğısı bizə yeni yaradıcılıq üfüqləri üçün stimul verir. Belə ki, bu günlərdə 3 əməkdaşımız əməkdar artist fəxri adına layiq görülüb, 7 nəfər isə tərəqqi medalı ilə təltif olunubdur. Teatrın rəhbəri əməkdar artist Mübariz Həmidovun müasir teatr idarəçiliyi metodu, baş rejissor xalq artisti Firudin Məhərrəmovun yeni yaradıcılıq axtarışları əsas verir ki, teatrımızın perspektli sabahı haqda daha xoş, daha nikbin əhval-ruhiyədə olaq.
[/justify]


50 yaşlı Sumqayıt Dövlət Dram Teatrı yubiley astanasında...
50 yaşlı Sumqayıt Dövlət Dram Teatrı yubiley astanasında...
50 yaşlı Sumqayıt Dövlət Dram Teatrı yubiley astanasında...
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz