Təqvim
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

50-ci yubiley mövsümünün açılışı...

50-ci  yubiley  mövsümünün açılışı...

25.09.2018 tarixində Sumqayıt Dövlət Dram Teatrının 50-ci mövsüm açılışı oldu. Açılış mərasimində çıxış edən direktor əməkdar artist Mübariz Həmidov teatrın keçdiyi 50 illik şərəfli yola nəzər salaraq növbəti mövsümdə reallaşacaq layihələri vurğuladı, 50 illik yubileylə bağlı hazırlıq prosesindən söz açdı. Direktor Azərbaycan Respublikası Prezidentinin mədəniyyətə, teatra qayğısının, həmçinin Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bu sahəyə diqqətinin yeni yaradıcılıq uğurlarına rəvac verdiyini bildirdi. Teatrın baş rejissoru xalq artisti Firudin Məhərrəmov nitqində Sumqayıt Dövlət Dram Teatrının vətənpərvərlik tərbiyəsində, maarifləndirmədə, bədii-estetik zövqün formalaşmasında önəmli rol oynadığına diqqət çəkdi. Daha sonra 1937-ci il repressiya qurbanlarının, əsasən də görkəmli Azərbaycan dramaturqu, romantizmin və mənzum dram janrının banisi Hüseyn Cavidin taleyindən bəhs edən (N.Muradoğlu) “Zülmətdə nur” tamaşası nümayiş etdirildi.
Səhnə əsərində habelə, məşhur Azərbaycan ziyalıları- dövrünün tanınmış şairləri Əhməd Cavad, Mikayıl Müşfiq və onların həyat yoldaşlarının çəkdiyi repressiya əzablarından səhnələr də yer almışdır. Zamanın ağır durumuna, məhbus həyatının fiziki və mənəvi işgəncələrinə məruz qalan bu insanlar son ana qədər öz işıqlı ideyalarına sadiq qalırlar.
Tamaşada ölüm hökmündən xoflanaraq şair dostlarını güdaza verən müxtəlif tiplər də mütəmadi olaraq ifşa predmetinə çevrilir. İnsan donuna girmiş iblis obrazı tamaşa boyu qəhrəmanları qarabaqara izləyərək dramatizmi daha da artırır və Hüseyn Cavidin məşhur “İblis nədir?” sualını tamaşaçı üçün açıq saxlayır.
Tamaşa ulu öndər Heydər Əliyevin Naxçıvanda Hüseyn Cavid məqbərəsi önündəki tarixi çıxışının səslənməsi ilə sona yetir və zülmətdə nur kimi parlayanların ruhları səhnədə canlanır.
Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi tamaşada obrazları əməkdar artistlər İzaməddin Bağırov, Rauf Ağakişiyev İlahə Səfərova, Cəlal Məmmədov, aktyorlar Habil Xanlarov, Şəhla Məmmədova, Vəfa Qurbanova, Oktay Mehdiyev, Şəmistan Süleymanlı, Dağlar Rüstəmov, İlham Səfərli, İlahə Səfərova, Akif Mirzəyev, Rövşad İlyasov və Rövşən Əsgərov canlandırır.

50-ci  yubiley  mövsümünün açılışı...

50-ci  yubiley  mövsümünün açılışı...

50-ci  yubiley  mövsümünün açılışı...
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz