Təqvim
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Sumqayıt Dövlət Dram Teatrında görüş...

Sumqayıt Dövlət Dram Teatrında görüş...

Azərbaycan Respublikası Kinomataqrafiya İttifaqının sədri, Azərbaycan Respublikasının Xalq Artisti, Dövlət Mükafatı Laureatı Şəfiqə Məmmədova və Azərbaycan Respublikası Dövlət Musiqili teatrının direkotru Əməkdar İncəsənt Xadimi , həm sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Sumqayıt Dövlət Dram Teatrının qonağı olmuşdur. Teatrın direkotru Əməkdar Artsit Mübariz Həmidov qonaqları əsaslı təmir olunmuş teatr binası ilə tanış etmişdir. Daha sonra yeni tamaşanın məşq prosesində iştirak edən Xalq Artisti Şəfiqə Məmmədova tamaşanın yaradıcı heyəti ilə görüşüb onlara uğurlar arzulamışdır. Sonra Sumqayıt şəhər Mədəniyyət İdarəsinin rəisi Əməkdar Mədəniyyət İşçisi Mehman Şükürov və teatrın direktoru Mübariz Həmidov Sumqayıt şəhərinin görməli yerləri- yeni qurulmuş Bayraq Muzeyi, H.Əliyev mərkəzi və milli parkla tanış etmişlər.
“Mən Sumqayıt şəhərində 30 il öncə olmuşam və teatrda Lermontovun 'Maskarad' tamaşasını izləmişəm.
Sumqayıt şəhəri, onun küçələri,abadlığı, yeni tikilən binalar, teatr binasının təmiri, milli parkı məni sözün əsl mənasında özünə heyran etdi. Belə bir şəhərdə yaşamaq və çalışmaq insana zövq verir.
Doğurdan da Bakıdan çox da uzaq olmayan Sumqayıt şəhərinin qısa müddətdə bu dərəcədə füsunkar şəkildə dəyişməsi, yenilənməsi insanda qürur hissi yaradır” deyə xalq artisti Şəfiqə Məmmədova şəhərlə tanışlıqdan sonra öz heyranlığını bu fikirlərlə bildirmişdir.
Əməkdar İncəsənət Xadimi, Musiqili teatrın rəhbəri Əliqismət Lalayev də Sumqayıtın az müddət arzində sürətlə abadlaşmasını xüsusilə qeyd edərək, böyük məmnuniyyətlə Sumqayıt Dövlər Dram və Dövlət Musiqili teatrları arasında yaradıcılıq mübadilələrinin qurulmasına dair iki teatr rəhbərliyi arasında müqavilə bağlanması təklifini dəstəkləyərək, tezliklə bu məsələnin həll edilməsi barədə fikirlərini bölüşdü. Sonra hər iki qonaq SDDT aktyorları ilə xatirə şəkli çəkdirdi.

Sumqayıt Dövlət Dram Teatrında görüş...
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz