Təqvim
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Sumqayıt Dövlət Dram Teatrı yubiley mövsümünə start verdi...

Sumqayıt Dövlət Dram Teatrı yubiley mövsümünə start verdi...

Yaranmasının 50-ci ildönümünə qədəm qoyan Sumqayıt Dövlət Dram Teatrının kollektivi sentyabrın 1-də növbəti məzuniyyəti başa vurub bütün heyətlə işə başlamışdır.
Sentyabrın 1-də teatrda keçilən toplantıda teatrın direktoru Əməkdar Artist Mübariz Həmidov yeni 50-ci yubiley mövsümü münasibəti ilə kollektivi təbrik edərək, yeni teatr mövsümündə görüləcək işlər, hazırlanan yeni tamaşalar barədə kollektivə ətraflı məlumat verdi. “ Bu ilki mövsüm bizim teatr və şəhərimiz üçün xüsusi önəm daşıyır. Bilirsiniz ki, ölkə başçımız Sumqayıt Dövlət Dram Teatrının 50 illiyinin keçirilməsi ilə bağlı müvafiq sərəncam imzalamışdır.
Bu gündən etibarən biz kollektivlə birgə oktyabr ayında keçirəcəyimiz yubiley tədbirinin keçirilməsinin hazırlıq işlərinə başlayırıq. Şübhəsiz ki, Azərbaycan Milli Peşəkar Teatrının ayrılmış qolu olan Sumqayıt Dövlət Dram Tearının yubileyi şəhərimizin adına və teatrımızın şanlı yaxın keçmişinə layiq olmalıdır. Əminəm ki, biz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yarıməsrlik yubileyimizi möhtəşəm və yaddaqalan şəkildə keçirəcəyik”-deyə teatrın direktoru Mübariz Həmidov çıxışında qeyd etdi.
Daha sonra teatrın rəhbəri teatrın daxili nizam intizamına riayət edilməsi və yeni hazırlanan tamaşalar barədə də məlumat verərək, kollektivə yeni mövsümdə yeni sənət uğurları arzuladı

Sumqayıt Dövlət Dram Teatrı yubiley mövsümünə start verdi...
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz