Təqvim
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Sumqayıt Dövlət Dram Teatrı kastinq elan edir...

Sumqayıt Dövlət Dram Teatrı kastinq elan edir...

Sumqayıt Dövlət Dram Teatrı truppanın gəncləşdirilməsi, istedadlılara dəstək məqsədi ilə 18-22 yaşlı, aktyorluq qabiliyyətli, teatr sənətinə marağı olan, hazırda incəsənət universitetində təhsil alan və ya təhsilini başa vurmuş gənclər üçün kastinq elan edir.
Kastinqdə iştirak etmək istəyən gənclər 2018-ci il, 15 sentyabradək aşağıda göstərilən ünvana müraciət edə bilərlər.
Yeni mövsümdə SDDT gənc dramaturqları da diqqətdən kənar qoymayacaq. Repertuar siyasətini genişləndirmək, mövzu çeşidliyini artırmaq, həmçinin istedadlı gənc yazarları teatr sahəsinə cəlb etmək məqsədilə dram əsərlərinin müsabiqəsini elan edir. Göndərilən əsərlər aşağıda qeyd olunan mövzuları əhatə etməlidir.
- Sumqayıt şəhərinin yaranması, tarixi, dünəni və bu gününü əhatə edən səhnə əsəri;
- Hərbi-vətənpərvərlik mövzusu;
- Gənclərin həyatından bəhs edən innovativ mövzu.

Müraciət üçün email: sumqayitdram@mail.ru
Tel: 050 242 47 76
Son müraciət tarixi 15.09.2018
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz