Təqvim
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin olundu

Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin  olundu

Sumqayıt Dövlət Dram Teatrına yeni təyin olunmuş direktor əməkdar artist Mübariz Həmidov kollektivə təqdim edildi.
İlk öncə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının I müavini Teymur Səmədov və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov YUĞ teatrına direktor təyin olunan İslam Həsənovu və Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru Mübariz Həmidovu təbrik etdi.
Çıxış edənlər M.Həmidovun uzun illər təcrübəli teatr direktoru olmasını və tezliklə SDDT-nin inkişaf etməsi sahəsində mühüm işlər görəcəyini qeyd etdilər.
Daha sonra söz Mübariz Həmidova verildi. Uzun müddət teatr sahəsində uğurla çalışmış Mübariz Həmidov teatrın yeni mövsümdə maraqlı, çeşidli repertuar siyasəti ilə çıxış edəcəyini, tamaşaçıların cəlbinə yönəlik kreativ layihələrin gerçəkləşəcəyini və hər bir aktyorun potensial yaradıcılıq imkanlarından obyektiv şəkildə istifadə ediləcəyini bildirdi. Həmçinin teatrın 50 illiyi ilə bağlı tədbirlər planının mükəmməl işlənməsi üçün tövsiyyə və tapşırıqlarını verdi. “Dövlətçilik, vətənpərvərlik mövzusu, milli-mənəvi dəyərlərin səhnə təcəssümü və əlbəttə ki, tamaşaçıların bədii-estetik zövqünün formalaşması önəmli məsələdir”- deyən direktor hər kəsə uğurlar arzuladı.

Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin  olundu

Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin  olundu

Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin  olundu
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz