Təqvim
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Teatrın 50 illiyi ilə bağlı planları

[
Teatrın 50 illiyi ilə bağlı planları

Azərbaycan Respublikası Prezidentinin Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi ilə bağlı imzaladığı sərəncam hər birimizi sevindirdi.
1968-ci ildən Gənclər Dram Teatrı kimi fəaliyyətə başlayan yaradıcı təşkilat 50 il ərzində şərəfli bir yol keçib.
Mütəfəkkir-dramaturq, böyük maarifçi xadim Mirzə Fətəli Aundzadənin “Müsyo Jordan və dərviş Məstəlişah” komediyası ilə qapılarını tamaşaçıların üzünə açan teatrın repertuarında zaman-zaman dünya və klassik Azərbaycan dramaturgiyasından ünlü əsərlər önəmli yer tutub. 1968-ci il, avqustun 1-də Səməd Vurğun adına Kimyaçıların Mədəniyyət sarayında ilk məşqlərinə başlayan kollektiv bu gün memarlıq üslubu, müasir texniki şərtləri ilə seçilən gözəl binada yaradıcılıq uğurlarını davam etdirir. Teatrın yaradıcı heyəti böyük sevinc hissi ilə yubiley tədbirlərinə hazırlaşır. Şübhəsiz ki, gerçəkləşəcək tədbirlər planı Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər icra hakimiyyəti aparatı ilə razılaşdıqdan sonra bu barədə ətraflı məlumat verəcəyik.
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz