Təqvim
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Mövsüm Hüseynovun 60 yaşı tamam olur.

Mövsüm Hüseynovun 60 yaşı tamam olur.

Sumqayıt Dövlət Dram Teatrının aktyoru Mövsüm Hüseynovun 60 yaşı tamam olur. Mövsüm Hüseynov M.A.Əliyev adına İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirdikdən sonra səhnə fəaliyyətinə başlamışdır. Bir müddət Azərbaycan Dövlət Musiqili Komediya teatrında da çalışan Mövsüm Hüseynov hal hazırda Sumqayıt teatrının qocaman aktyorlarındandır.
Teatr səhnəsində yaratdığı xarakterik obrazlarla bərabər Mövsüm Hüseynov bədii film və seriallarda, televiziya tamaşalarında onlarla maraqlı rollar oynayıb. Hətta sujetli reklam çarxlarında belə Mövsüm müəllim yaradıcı yanaşma ilə çıxış edə bilir.
Mövsüm Hüseynov çoxçalarlı oyun tərzi ilə fərqlənən aktyorlardandır. O, obrazın sosial mənşəyini, fəaliyyət tarixini, psixoloji çalarını, fiziki imkanlarını araşdırır, rola özünəməxsus cizgilər əlavə edir. Mövsüm müəllimin improvizələri də hər zaman yerində olur.
Mövsüm Hüseynov kollektivin də sevimlisidir, onun xoş söhbətləri, müdrik məsləhətləri hər kəsin köməyinə çatır. Teatr kollektivi adından Mövsüm müəllimi ürəkdən təbrik edirik.

Mövsüm Hüseynovun 60 yaşı tamam olur.
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz