Təqvim
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Sumqayıt Dövlət Dram Teatrında Nizami Muradoğlunun mənzum pyesi əsasında hazırlanan “Zülmətdə nur” tamaşasının premyerası keçirilib.

Sumqayıt Dövlət Dram Teatrında Nizami Muradoğlunun mənzum pyesi əsasında hazırlanan “Zülmətdə nur” tamaşasının premyerası keçirilib.

Sumqayıt Dövlət Dram Teatrında Nizami Muradoğlunun mənzum pyesi əsasında hazırlanan “Zülmətdə nur” tamaşasının premyerası keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100, Hüseyn Cavidin anadan olmasının 135 illiyi münasibətilə təqdim olunan əsərə teatrın baş rejissoru, əməkdar artiust Firudin Məhərrəmov quruluş verib. Quruluşçu rəssam Mustafa Mustafayevdir. Musiqi tərtibatı Telman Qəniyevə məxsusdur. Obrazları əməkdar artistlər İlahə Səfərova, İzaməddin Bağırov, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oqtay Mehdiyev, Habil Xanlarov, Sədaqət Nuriyeva, Şəhla Məmmədova, İlham Səfərli, Dağlar Rüstəmov, İlahə Səfərova, Şəmistan Süleymanlı və başqaları canlandırırlar.
Əsər 37-ci il repressiyalarının qurbanı olmuş böyük mütəfəkkir-şair Hüseyn Cavid ailəsinin faciəsinə həsr olunub. Eyni zamanda bu ailənin konteksində istiqlal şairləri Əhməd Cavadın və Mikayl Müşfiqin də mənəvi-fiziki işgəncələri, zindan həyatları təsvir olunur. İnsan donuna girmiş İblis obrazı da demək olar ki, bütün tamaşa boyu qəhrəmanları qarabaqara izləyir. Rejissor Hüseyn Cavidin məşhur İblis obrazına verdiyi mizanlarla tamaşaçıları düşünməyə vadar edir. Bir sözlə tamaşa bütün komponentləri ilə uğurlu alınıb.
Premyerada Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, AMEA-nın vitse prezidenti İsa Həbibbəyli, YAP Yasamal rayon təşkilatının Tağı Əhmədov, AMEA Ədəbiyyat institutunun direktoru Teymur Kərimli, AMEA folklor İnstitutunun direktoru Muxtar İmanov, şəhər ziyalıları, təhsil, mədəniyyət işçiləri, Şəhər İcra Hakimiyyəti aparatının məsul işçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Sumqayıt Dövlət Dram Teatrında Nizami Muradoğlunun mənzum pyesi əsasında hazırlanan “Zülmətdə nur” tamaşasının premyerası keçirilib.
Sumqayıt Dövlət Dram Teatrında Nizami Muradoğlunun mənzum pyesi əsasında hazırlanan “Zülmətdə nur” tamaşasının premyerası keçirilib.
Sumqayıt Dövlət Dram Teatrında Nizami Muradoğlunun mənzum pyesi əsasında hazırlanan “Zülmətdə nur” tamaşasının premyerası keçirilib.
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz