Təqvim
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Allah rəhmət eləsin

Allah rəhmət eləsin

Sumqayıt Dövlət Dram Teatrının istedadlı aktyoru və rejissoru Şahmar Qəribli 16 fevral 2018-ci ildə 66 yaşında dünyasını dəyişmişdir. Aktyor doğulduğu Kürdəmir rayonunda dəfn edilib.
Şahmar Qəribli 1952-ci il fevralın 13-də Kürdəmir rayonunda anadan olub. 1971-76-cı illərdə o vaxtkı M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində tanınmış rejissor və pedaqoq Ədil İsgəndərovun kursunda təhsil almışdı.
Sumqayıt Dövlət Dram Teatrında işlədiyi müddətdə tamaşaçıların yaddaşında dərin iz buraxan müxtəlif səpgili, koloritli rollar oynayıb. Şahmar Qəriblinin obraza yanaşma tərzi orijinallığı ilə seçilib. O, rola mexaniki yanaşmayıb, birinci növbədə dramaturqun bütöv yaradıcılığını nəzərdən keçirib , hadisələrin baş verdiyi zamanın mənəvi-psixoloji, sosial ovqatını öyrənib, əsərin ali məqsədini, qayəsini dərk edib, ikinci mərhələdə isə aktyor üçün obrazın tarixi, strukturu, əsərdəki yükü, xarakterindəki çalarlar,ətrafa münasibəti önəmli əhəmiyyət kəsb edib. Son təqdimatda obrazın mənəvi-daxili dünyasını tamamlayan gülüş, qəzəb və s. tapılaraq rejissorun verdiyi mizana uyğunlaşdırılıb.
Cəlil Məmmədquluzadə “ Ölülər” , Ə.M.Lələdağ “ Qorxaq”, A.Həsənoğlu “ Dəfn” , Ş.Qəribli “ Sehrli açar”, F.Məmmədov “ Anasının gül balası” və başqa tamaşalara quruluş verən rejissor eyni zamanda N.V.Qoqol “ Çiçkovun sərgüzəştləri” – Çiçkovun atası, S.Vurğun “ Komsomol poeması”- Şahsuvar, Anar “Adamın adamı”- Fağır Bağır, M.Süleymanlı “Dəyirman” – Kərim müəllim, N.Hikmət- “ Bayramın 1-ci günü”- Rüstəm, N.Həsənzadə “ Bütün Şərq bilsin” – Jandarm, N.Qoqol “ Müfəttiş” – Qumarbaz kimi obrazları ilə də yadda qalmışdı.
Şahmar Qəriblinin tele- kino yaradıcılığı da kifayət qədər zəngin olub. Azərbaycan Televiziyasının “ Səhər görüşləri”, “ Yumor axşamı”, “ Hekayə axşamı” proqramlarında yaratdığı obrazlarla hərkəsin sevimlisinə çevrilmişdi. 2001-2004 –cü illərdə “Lider “ televiziyasında maraq doğuran silsilə satirik proqramların ssenari müəllifi və quruluşçu rejissoru olub. Azərbaycan Televiziyasının “Sabah” redaksiyasında Vaqif Səmədoğlunun şeirləri əsasında hazırlanan “ Ağ dünya” filminin ssenari müəllifi və quruluşçu rejissoruydu.
Şahmar Qəriblinin zəngin yaradıclıq dünyası hər zaman bir örnək olacaq.
Teatrın rəhbərliyi, yaradıcı və texnik heyət adından ailəsinə başsağlığı verir , yaxınlarına səbr diləyirik. Allah rəhmət etsin!
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz