Təqvim
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Mayın 6-da Toy Olsun komediyası nümayiş olunacaq

Mayın 6-da Toy Olsun komediyası nümayiş olunacaq

Mayın 6-da Sumaqyıt Dövlət Dram Teatrında əməkdar artist Firudin Məhərrəmovun quruluş verdiyi (İsi Məlikzadənin və Süleyman Ələsgərovun) “Toy olsun” komediyası oynanılacaq. Respublikanın xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimovun iştiraki ilə ərsəyə gəlmiş maraqlı səhnə əsərində habelə əməkdar artistlər İzaməddin Bağırov, Növrəstə Həşimova, İlahə Səfərova, Cəlal Məmmədov, aktyorlar Sədaqət Nuriyeva, Oktay Mehdiyev, Akif Mirzəyev yer alıblar. Məişət komediyasında yetərincə komik situasiyalar mövcuddur. Qeyd edək ki, yeni bir əsər üzərində stolarxası məşqlərə başlanılıb. Turqut Özakmanın “Ocaq” əsəri tezliklə Sumaqyıt Dövlət Dram Teatrının səhnəsində öz həllini tapacaq
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz

Hicran   |   10 may 2017 17:34   |   Şərhlər: 0   |   Xəbərlər: 0   |  
Tamaşanı seyr etdim. Bəyəndim. Rejissor işi və aktyorların oyunu mənə zövq verdi. Baxmayaraq ki, bu tamaşaya bir neçə variantda baxmışam, həmyerlilərimin ifasında canlı seyr etmək xüsusi zövq verdi. Lakin, kreslolara nömrələrin yazılmaması və biletlərdə ye göstərilməməsi, həm də biletlərin yoxlanan zaman yarısının tamaşaçıya qaytarılmaması çox qanqaraldıcı bir hadisə oldu. O cür gözəl təmirdən çıxmış binanın gözəlliyindən çövq almaq əvəzinə yer üstündə dava salınması kənd klubunu xatırlatdı. Ümid edirəm ki, tezliklə bu mənfiliklər aradan qaldırılacaq.

  |     |  
Admin   |   11 may 2017 13:39   |   Şərhlər: 1   |   Xəbərlər: 42   |   İstifadəçi Offline
Hicran, Xoş sözlərə görə təşəkkürlər.İradınıza gəldikdə isə sizi əmin edirik ki, bu kimi problemlər aradan qaldırılacaq.
--------------------
web and developing: site by Tabriz

  |     |