Təqvim
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir

Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Sumqayıt Dövlət Dram teatrının iştirakı ilə teatr binasında Aprel Döyüşlərində şəhid olmuş zabit, Vətən torpağını qanı ilə suvarmış polkovnik-leytenant Raquf Orucovun anım mərasimi keçirildi.
Aparıcı – respublikanın əməkdar artisti Cəlal Məmmədov dörd günlük döyüşdə Azərbaycan Ordusunun şücaətindən, əsgərlərimizin döyüş ruhundan danışdı, Murov qartalı adlandırılan qorxmaz kəşfiyyatçı, bacarıqlı komandir Raquf Orucovun şərəfli döyüş yoluna ekskurs etdi. Daha sonra Şəhidə həsr olunmuş “Murov qartalı” kitabının və eyni adlı sənədli filmin təqdimatı oldu. Yaradıcı heyət ürək sözlərini bildirdi. Milli Məclisin deputatı Tahir Mirkişili, Milli Qəhrəman, general Fəxrəddin Cəbrayılov, kapitan Rasim Fərşidov, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən, Milli Ordunun taktiki döyüş qabiliyyətindən fərəhlə söz açdılar və yurd uğrunda canını fəda edən Şəhidlərin xatirəsinin heç zaman unudulmayacağın bildirdilər.
Tanınmış hərbi jurnalist Şəmistan Əlizamanlının döyüşə səsləyən mahnıları və əməkdar artist, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Rauf Ağakişiyevin vətənpərvərliklə bağlı ifa etdiyi şeirlər də maraqla qarşılandı.

Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir
Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir
Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir
Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir
Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir
Xəbərin sayt üzrə reytinqi

Şərh yaz