Təqvim
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa
Tarix:   22-06-2018, 13:13   |   Bölmə:   Xəbərlər
Türkiyədə keçirilən IV Türk Dünyası Teatr Festivalında  mükafatlandırılan kollektivimizdən daha bir sevindirici xəbər.

Türkiyədə keçirilən IV Türk Dünyası Teatr Festivalında mükafatlandırılan kollektivimiz bu günlərdə bir daha sevinc hissi yaşadı. Bir müddət öncə xəstələnmiş və müalicə alan direktorumuz, əməkdar mədəniyyət işçisi İslam Həsənov işə çıxdı. Artıq yeni yaradıcılıq proseslərinə başladıq. Nizami Muradoğlunun “Zülmətdə nur” əsəri ilə bölgələrə qastrol səfərinə hazırlaşırıq. Eyni zamanda mövsümün bağlanışına hazırlıq gedir.



Şərhlər:   0   |   Baxış:   76
Tarix:   27-05-2018, 19:04   |   Bölmə:   Xəbərlər
Teatrın baş rejissoru xalq artisti adı aldı

Azərbaycan Respublikasının Prezidenti 27.05.2018-ci il tarixində Azərbaycan Respublikası mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqda sərəncam imzaladı.
Fəxr edirik ki, teatrımızın baş rejissoru, respublikanın bütün teatrlarında diqqətçəkən tamaşalara quruluş vermiş istedadlı rejissor
Şərhlər:   0   |   Baxış:   639
Tarix:   14-05-2018, 14:41   |   Bölmə:   Xəbərlər
Yaradıcı heyət  "Sərhədsiz Teatr" III Şəki  Beynəlxalq Teatr Festivalında

Sumqayıt Dövlət Dram Teatrı 17 may saat 19:00-da “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində çıxış edəcək. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunan festivalda Sumqayıt teatrı Turqut Özakman “Ocaq” əsərini nümayiş etdirəcək.
Şərhlər:   0   |   Baxış:   206
Tarix:   13-05-2018, 14:42   |   Bölmə:   Xəbərlər
Mövsüm Hüseynovun 60 yaşı tamam olur.

Sumqayıt Dövlət Dram Teatrının aktyoru Mövsüm Hüseynovun 60 yaşı tamam olur. Mövsüm Hüseynov M.A.Əliyev adına İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirdikdən sonra səhnə fəaliyyətinə başlamışdır. Bir müddət Azərbaycan Dövlət Musiqili Komediya teatrında da çalışan Mövsüm Hüseynov hal hazırda Sumqayıt teatrının qocaman aktyorlarındandır.
Şərhlər:   0   |   Baxış:   157
Tarix:   9-05-2018, 18:28   |   Bölmə:   Xəbərlər
Sumqayıt  Teatrının baş  rejissoru mükafatlandırıldı

Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb. İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi ilə bağlı sərəncamda Sumqayıt teatrının əməkdaşlarının da adları var.
Şərhlər:   0   |   Baxış:   373
Tarix:   28-04-2018, 04:39   |   Bölmə:   Xəbərlər
Kollektivimiz IV Türk Dünyası Teatr Festivalında çıxış etdi

Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti 24; 27 aprel tarixlərində IV Türk Dünyası Teatr Festivalında tanınmış türk dramaturqu Turqut Özakmanın “Ocaq” əsəri ilə çıxış edib. Teatrın baş rejissoru əməkdar artist Firudin Məhərrəmovun quruluş verdiyi tamaşada əməkdar artistlər Fəranə Musayeva, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Xatirə Süleymanova, İlahə Səfərova və Şəmistan Süleymanlı maraqlı oyun tərzi nümayiş etdiriblər.

Şərhlər:   0   |   Baxış:   199
Tarix:   25-04-2018, 11:41   |   Bölmə:   Xəbərlər
"İtkin qız" nağıl tamaşasının məşqləri  yekunlaşmaq üzrədir.

Sumqayıt Dövlət Dram Teatrı repertuarına daha bir uşaq tamaşası əlavə edəcək. (Qrimm qardaşları) "İtkin qız" tamaşasının quruluşçu rejissoru Vasif Məmmədovdur.
Şərhlər:   0   |   Baxış:   153