Təqvim
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Sumqayıt Dövlət Dram Teatrının tarixi


1968-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı və Mədəniyyət Nazirliyinin sərəncamı ilə Sumqayıtda ilk professional kollektiv – H.Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı yarandı. Öz pərdəsini 1969-cu ilin mart ayının 14-də Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” (rejissor Cənnət Səlimova) məzhəkəsi ilə açdı. 1974-cü ildə Mədəniyyət Nazirliyinin qərarı ilə teatr Sumqayıt Dövlət Dram teatrı adlandırıldı.

Biri-birinin ardınca bu teatra işləməyə gələn xalq artistləri Barat Şəkinskaya, Rza Əfqanlı, Əliağa Ağayev, Məlik Dadaşov, əməkdar artistlər Sadıq Həsənzadə və Məmmədcəfər Cəfərov gənc aktyorlara səhnə sirrlərini öyrətməklə yanaşı sanballı tamaşaların hazırlanmasında da əllərindən gələni əsirgəmədilər. Azərbaycan teatrının korifey aktyorlarından sayılan Rza Əfqanli və Barat Şəkinskayanın iştirakı ilə rejissor Ağakişi Kazımovun hazırladığı Nəcəf bəy Vəzirovun “ Müsibəti Fəxrəddin” tamaşası 70-ci illərin ən monumental tamaşalarından biri sayılır. “Toy” (Sabit Rəhman), “Maskarad” (Mixayl Lermantov), “Arvadımın əri” və “Elbrus evlənir” (Geori Xuqayev), “Tribunal” (Aleksandr Makayonak), “Solğun çiçəklər” (Cəfər Cabbarlı), “Skapenin kələkləri” (Molyer) və s. məhz həmin illərin məhsuludur. 70-ci illərin əvvəllərində teatrın məhsuldar rejissorlarından sayılan Arif Ağayevin hazırladığı Anarın “ Adamın adamı”, Makayonokun “Tribunal” tamaşaları teatrın tarixində iz buraxmış tamaşalardan sayılır. 1981-ci ildə Moskva şəhərində keçirilən “Ümumittifaq teatr festivalı”nda Nəriman Həsənzadənin “Bütün Şərq bilsin” əsərinin tamaşası ilə çıxış edən Sumqayıt teatrı festivalın II dərəcəli diplomuna, N.Nərimanovun obrazını yaradan xalq artisti Məlik Dadaşov isə I dərəcəli diploma layiq görülmüşdülər.

O vaxtlar Azərbaycan KP MK-nın birinci katibi işləyən ulu öndər Heydər Əliyev bu tamaşaya baxdıqdan sonra səhnəyə qalxaraq teatr kollektivini təbrik etmiş və teatr sənətinin dərin bilicisi olan teatrşünas kimi tamaşa haqqında fikirlərini söyləmişdir.

1992-ci ildə Musiqili Dram teatrı statusu alan Sumqayıt teatrı öz repertuarını milli operetta və musiqili komediya tamaşaları ilə daha da zənginləşdirmişdir. Teatrın səhnəsində tamaşaya qoyulan Ü.Hacıbəyovun “Arşın mal alan”, Süleyman Ələsgərov və İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” əsərləri sevilə-sevilə baxılan tamaşalar sırasına daxil olmuşdur.

1995-ci ildə Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” əsərinə müraciət edən kollektiv, 1998-ci ildə Gürcüstan Respublikasının Rustavi şəhərinin 50 illik yubileyinə həsr olunmuş Beynəlxalq Qızıl maska teatr festivalında çıxış edərək “ Klassik əsər üzərində cəsarətli eksperiment” prizinə layiq görülmüşdür. 2003-cü ilin aprel ayının 3-də Sumqayıt şəhərinə gələn ümummilli liderimiz Heydər Əliyev şəhərin fəalları qarşısındakı çıxışında Sumqayıt teatrının işini yüksək qiymətləndirmişdir. Teatrın kollektivi 2005 ci ildə Ulu ondər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş Aqşin Babayevin “Xilaskar” əsərini tamaşaya hazırlayır. Qeyd etmək lazımdır ki, Heydər Əliyevin bədii obrazı Azərbaycan teatr tarixində ilk dəfə olaraq Sumqayıt teatrının səhnəsində canlandırılmışdır.

Sumqayıt teatrı respublikada keçirilən bütün teatr festivallarında fəal çıxış edərək maraqlı və sanballı tamaşalar sərgiləmişdir.

2015-ci ildən Sumqayıt Dövlət Dram Teatrı kimi fəaliyyətini davam etdirən 48 yaşlı kollektiv bu gün də öz tamaşaları ilə teatr ictimaiyyətinin, sevimli tamaşaçılarının diqqət mərkəzində qalır..
Заглянув один раз, вы обязательно бесплатные программы скачаете для пк с лучшего сайта последние хорошие фильмы смотреть онлайн на кинопортале или ещё можно dle шаблоны бесплатные бесплатые на лучшем сайте.