Təqvim
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa
Tarix:   17-02-2018, 12:54   |   Bölmə:   Tamaşalar
Yeni tamaşa təhvil verilmək ərəfəsindədir.

Sumqayıt Dövlət Dram teatrında Nizami Muradoğlunun “Zülmətdə nur” mənzum pyesi əsasında hazırlanan tamaşanın son məşqləri bitmək üzrədir. Teatrın baş rejissoru əməkdar artist Firudin Məhərrəmovun quruluş verdiyi əsər 37-ci il repressiyalarında imperiyanın hədəfinə tuş gəlmiş mütəfəkkür şair-dramaturq Hüseyn Cavidin, o cümlədən dövrün tanınmış aydınları Əhməd Cavadın, Mikayıl Müşfiqin həyatına işıq salır.
Şərhlər:   0   |   Baxış:   505
Tarix:   6-12-2017, 18:09   |   Bölmə:   Tamaşalar
"Ocaq" tamaşası

Əsərin səhnə yozumu çox maraqlıdır. Bir ailənin izdirab və təbəddülatları konteksində səmimiyyətin müxtəlif sosial və yaş kateqoriyalarının baxış bucağı mükəmməl şəkildə açılır. Nənənin “xidmətçi” çağırışı ilə başlayan tamaşada, bir neçə dəqiqə sonra məlum olur ki, özünü “paşa qızı” zənn edən nənə, xəyal buludlarının üstündə qanad çalır, ata çarəsizlik girdabında boğula-boğula saman çöpündən yapışmağa cəhd edir, , ana bütün ailəni birləşdirməyə səy göstərir, pərən-pərən düşmüş ailə üzvlərini uçurumun ağzından alan güclü bir obraz kimi ürəkləri fəth etməyi bacarır. Rejissor insanları ümidsiz olmamağa çağırır, “hər qaranlıq gecənin bir işıqlı sabahı var” mesajını tamaşaçıya bariz şəkildə çatdırır.
Şərhlər:   0   |   Baxış:   178
Tarix:   12-05-2017, 13:25   |   Bölmə:   Tamaşalar
Tülkü həccə gedir

Bu əsər Abdulla Şaiqin eyni adlı alleqorik nağıl tamaşalarınandır. Əsər mənzum pyes janrında yazılıb və tamaşanın rejissoru tərəfindən səhnələşdirilib. Nağıl tamaşada göstərilir ki, artıq Tülkü qocalıb, əlinə ov keçmir. Buna görədə həcc ziyarətinə getmək adı ilə kənddə olan toyuq – cücələri başına yığıb plan hazırlayır və yolda namaz vaxdı onları qırır. Tamaşada xeyirxah əməllər adı ilə başqasının həyatına qəst edən Tülkü, tənqid hədəfinə tutulur. Tamaşanın əsas qayəsi də budur. Müəllif və rejissor insanları düşmən hiyləsindən uzaq durmağa çağırır.
Şərhlər:   0   |   Baxış:   395
Tarix:   11-05-2017, 16:38   |   Bölmə:   Tamaşalar
İsi Məlikzadə, Süleyman Ələsgərov  "Toy Olsun"

Tamaşa sevgi, ailə-məişət mövzusundadır. Gənc qız anasının təkidi ilə nişanlandığı imkanlı oğlandan imtina edərək sevib- seçdiyi şəxlə həyat qurmaq istəyir. Qızın bu istəyinə qarşı çıxa bilməyən valideynlər nişan üzüyünü qaytarmaq məcburiyyətində qalırlar. Əsas ziddiyyət də ele bundan başlayır. Hayıf çıxmaq istəyən nişanlı oğlan, qızı götürüb qaçmaq fikrinə düşür. Qızı qaçırırlar, amma... Tamaşa boyu belə “amma”lar bir-birini əvəz edir, hadisələr kəskinləşərək komik xarakter alır.
Şərhlər:   0   |   Baxış:   485
Tarix:   31-03-2017, 14:50   |   Bölmə:   Tamaşalar
Marsel Berkye Marinye - Oğru

Ən-ənəvi Fransız komedya janrında yazılmış “Oğru” pyesinin müəllifi Marsel Berkye Marinye tanınmış Şansonye Pol Marinyenin qızıdır. Əsər 1959-cu ildə qələmə alınmış, elə həmin ildə də nüfuzlu “Avansçena” jurnalının birinci mükafatına layiq görülmüşdür. Komediyanın sujetində bütün tarix boyu mütəfəkkirlər tərəfindən cavabı axdarılan əsil məhəbbətin qiyməti ön plana çəkilir, tamaşa boyu gərgin yaşanan dramatik hadisələrin fonunda məhəbbət və pul dillemması müzakirəyə qoyulur, nəyin həqiqət, nəyinsə yalan olduğuna cavab axdarılır.
Şərhlər:   0   |   Baxış:   234
Tarix:   12-01-2017, 14:27   |   Bölmə:   Tamaşalar
Əli Əmirli - 20 ilden sonra

Əsərdəki hadisələr bizim zamanda cərəyan edir. Vaxtilə səhnənin qəhrəman rollarının ifaçısı, Xalq artisti Otellonun evində cərəyan edir. Yoxsul yaşayış evdəkilərin hamısını təngə gətirib. Belə bir vəziyyətlə heç cürə barışa bilməyən evin xanımı İşıq, hansısa xarici bir dövlətdə səfir işləyən şəxslə xaricə gedir.
Şərhlər:   0   |   Baxış:   436
Tarix:   17-11-2015, 13:28   |   Bölmə:   Tamaşalar
M.F.Axundzadənin “Hacı Qara” komedyası

Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyası XIX əsrin 30-40-cı illərində Azərbaycan həyatının reallıqlarını özündə əks etdirir.
Rus –çar müstəmləkə siyasətinin və onun sərt qanunlarının Azərbaycan xalqının yaşam tərzi , adət-ənənələri ilə ziddiyyət təşkil etməsi komediyanın əsas qayəsidir.
Şərhlər:   0   |   Baxış:   439