Təqvim
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Şirməmmədov Namis




Namis Xanmirzə oğlu Şirməmmədov


Namis Şirməmmədov 03.04.1962 - ci il tarixində anadan olub
1979-1983 -cü illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “dram və kino aktyorluğu” fakültəsində təhsil alib
1983-1989-cu illər ərzində Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Böyük sənətkar Həsənağa Turabovun dəvət ilə 1997-ci ilədək Akademik Milli Dram Teatırında fəaliyyət göstərib. 1997-ci ildə yenidən Sumqayıt Dövlət Dram Teatrına gələrək 2008- ci ilə qədər aktyor vəzifəsində işləyib. Namis Şirməmmədov psixoloji-dramatik aktyordur. Daha çox dramatik xarakterli rollar oynayır. 2008-ci ildən isə teatrın quruluşçu rejissorudur. 2008-ci ildə Prezidentin sərəncamı ilə Respublikanın “Əməkdar artist”i fəxri adına və 2013-cü ildə “ Tərəqqi” medalına layiq görülüb. Respublikada ilk dəfə olaraq Namis Şirməmmədov A.Babayevin "Xilaskar” əsərində Ulu öndər Heydər Əliyev obrazını canlandırmışdır. Bundan başqa Namis Şirməmmədov Sumqayıt teatrında bir çox rolların ifaçısıdır.


Sumqayıt teatrında oynadığı rollar
• S.S.Axundov “Tamahkar – Əliqulu
• N.Hikmət “Bayramın birinci günü” – Şadi bəy
• Y.Onil “Qarağaclar altında məhəbbət” – Şerif
• M.F.Axundzadə “Xırs quldurbasan” – Bayram
• A.Babayev “Xilaskar” – Heydər Əliyev
• Ə.Əmirli “Varlı qadın” – Əlvan
• R.Tohidoğlu “Nakam arzular” – Rasim
• Ş.Arif “Qınamayın məni” – Əzəmət
• R.Kiplinq “Öz xoşuna yaşayan pişik” – İnsan
• V.Şukşin “Diribaş adamlar” – Adi adam
• R.N.Güntəkin “Müvəqqəti ər” –Səlahi
• M.Süleymanlı “Dəyirman” – Çoban
• V.Səmədoğlu “Uca dağ başında” - Şəbnəmin əri
• Ç.Aytmatov “Əsrə bərabər gün” – Keşikçi
• S.Nəzirova “Mərd körpüsü” – Göy Tanrı
• C.Yusifzadə “Qəbul təxirə salınır” – Dispeçer
• C.Məmmədov “Kişi” – Aydın
• Ə.M.Lələdağ “Dağlarda tufan” – Əkbər bəy
• T.Vəliyeva “Mənim ağ göyərçinim” – Müstəntiq
• M.Haqverdiyev “Ağ ölüm” – Səbzəli kişi
• A.Şaiq “Qaraca qız” – Bəy
• B.Mirzəzadə “Qudalar” – Süleynanlı

Quruluş verdiyi tamaşalardan
• C.Məmmmədquluzadə “ Anamın kitabı”
• İsi Məlikzadə “ Sultanqulu körpüsü”
• H.Mirələmov ” Vicdanın hökmü”
• R.Tofiqoğlu “ Nakam arzular”
• Hakim “ Dərvişin ölümü”.
Заглянув один раз, вы обязательно бесплатные программы скачаете для пк с лучшего сайта последние хорошие фильмы смотреть онлайн на кинопортале или ещё можно dle шаблоны бесплатные бесплатые на лучшем сайте.