Təqvim
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Səfərova İlahə




İlahə Qiyas qızı Səfərova


İlahə Səfərova 29.05.1971-ci il tarixində anadan olub.
O, 1990-1995 - ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakultəsində təhsil alıb.
1997 –ci ildə 3 aylığa Qazax Dövlət Dram Teatrına yaradıcılıq ezamiyyətinə göndərilib və burada Nəcəf bəy Vəzirov “Hacı Qəmbər” – Yetər, Ramiq Muxtar “ Şəhərli kürəkən” - Nonna kimi obrazlar yaratmışdır. 1997- ci il sentyabr ayından Sumqayıt Dövlət Dram Teatrında aktrisa işləyir.


Sumqayıt teatrında oynadığı rollar
•M.F.Axundzadə “Müsyö Jordan və Dərviş Məstəli şah” – Şərəfnisə - 2012
•Ə.M.Lələdağ “Qorxaq” - Cahan - 1996
•L.Ustinov “Cəsur qurbağa” – Cəsur qurbağa -1992
•F.Məhərrəmov “Oğuzlar” – Saray müğənnisi
•A.Kamyu “Ağlasığmaz faciə” – Mariya -1998
•İ.Məlikzadə “Gəl qohum olaq” – Minayə - 1997
•A.İvaşenko “Uşağa bir üç yazın” – Olya - 1989
•K.Həsənov “Sehrli yaylıq” – Eldar
•M.İbrahimov “Yaxşı adam” – Sərvinaz -2002
•F.Məmmədov “Anasının gül balası” – Fərhad -1995
•O.Kolçinskaya “Tramvayı kim oğurlayıb” – Ağacdələn - 1996
•Ç.Məmmədov “Kişi” – Dilbər və Rəhimə
•T.Vəliyeva “Mənim ağ göyərçinim” -Səidə - 2000
•Anar “Yaxşı padşahın nağılı” – Padşahın arvadı
•F.Mustafa “Əqrəb bürcü” – Qadın-2004
•Ç.Aytmatov “Ümid sahili” – Ana - 2004
•M.Haqverdiyev “Fədakarlıq” – Nazilə- 2003
•Ə.Qiyas “Qarışqa yuvası” – Nazlı - 1998
•Ə.Əmirli “Varlı qadın” – Şadxəbər- 2006
•Y.Əzimzadə “Nəsrəddin” – Pəri
•R.Əlizadə “Dadaşbala əməliyyatı” – Tamara - 2007
•M.Qacar “Qabanın səfəri” – Donuz - 2007
•F.Mustafa “Final” – Naza - 2008
•C.Məmmədquluzadə “Anamın kitabı” – Zəhra bəyim - 2009
•T.Əl-Hakimi “Karıxmış sultan”- Qadın - 2009
•F.Mustafa “Qarışqa tələsi” – Nara - 2008
•M.Atəş “Şərəfin sandığı” – Dilbər - 2010
•M.Haqverdiyev “Məhəbbət yaşa baxmır” – Nəzakət - 2010
•İ.Jukovski “Şahzadə və bacatəmizləyən” – Saray xanımı - 2010
•Ə.Əmirli “20 ildən sonra” – Kloun - 2010
•Ərəb xalq nağılı əsasında “Ələddinin sehrli çırağı” – Budur - 2011
•Əlibaba və qırx quldur – Zeynəb - 2012
•M.F.Axundzadə “Müsyo Jordan və Dərviş Məstəli şah” – Əcinnə - 2012
•V.Qauf “Balacaboy yekəburun” – Knyaginya - 2012
•Ə.Nesin “Öldür məni can-ciyər” – Siyen - 2014
•C.Patrik “Qocanı öldürməliyik” – Pamela - 2013
•M.F.Axundzadə “Hacı Qara” – Tükəz -2015
•C.Cabbarlı “Solğun çiçəklər” – Sara
•Ə.M.Lələdağ “Dağlarda tufan” – Haykanuş
•G.Xuqayev “Bir köpək vardı” – Çobra
•A.Şaiq “Qaraca qız “ – Püstə
•A.Şaiq “Gözəl bahar”pyesi əsasında “Qış nağılı” – Külək
•A.Babayev “Xilaskar” – Birinci aparıcı
•C.Qolsuorsi “Birincilər və sonuncular” – Vanda
•F.Məmmədov “Anasının gül balası” – Fərhad
•K.Həsənov “Sehrli yaylıq” - Eldar

•S.Ələsgərov, İ.Məlikzadə “Toy Olsun”- Çiçək.

İlahə Səfərova İ.Məlikzadənin “Gəl qohum olaq” və M.Quliyevin “Qeybdən gələn səs” əsərlərinin telefilmlərində Minayə və Dilbər, Orxan Fikrətoğlunun “Qanadlarıma sığal çək” qısametrajlı filmində Qadın obrazlarını özünəməxsus ştrixlərlə yaratmışdır.
2003 – cü ildə İ.Səfərova “Tərəqqi” medalına, 2014-ci ildə əməkdar artist adına layiq görülmüşdür. İ.Səfərova emosional və lirik ifadə vasitələrinə üstünlük verən aktrisadır. Lirizmi obrazın psixoloji dramatik xətti ilə əlaqələndirməyi bacarır. Coşqun yaradıcılıq ehtirasını səhnədəki hadisələrin dramatik axarı ilə tənzimləyə bilir. Zərif, incə yumoru var və yeri gələndə onları dramatik sürətin də mahiyyətinə hopdurur.
Заглянув один раз, вы обязательно бесплатные программы скачаете для пк с лучшего сайта последние хорошие фильмы смотреть онлайн на кинопортале или ещё можно dle шаблоны бесплатные бесплатые на лучшем сайте.