Təqvim
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa
Tarix:   18-04-2017, 16:07   |   Bölmə:   Xəbərlər
"Toy Olsun" tamaşasının premyerası

Yeni layihə çərçivəsində Sumqayıt Dövlət Dram Teatrına dəvət olunan xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov illər sonra Sumqayıtda bir səhnəni bölüşdülər. (Süleyman Ələsgərov, İsi Məlikzadə) “Subaylarınızdan görəsiniz” musiqili komediyası əsasında səhnələşdirilən “Toy olsun” tamaşasında Səməni və Seyfi obrazlarını canlandıran xalq artistlərinin və digər aktyorların improvizələri maraqla qarşılandı.
Şərhlər:   0   |   Baxış:   1 185
Tarix:   3-04-2017, 17:33   |   Bölmə:   Xəbərlər
Əhmədin vəfalı dostu

Sumqayıt Dövlət Dram Teatrı aprel ayı üçün nəzərdə tutulan repertuara yeni bir tamaşanı da əlavə edib. Belə ki, Abdulla Şaiqin "Tülkü həccə gedir" alleqorik nağılı əsasında rejissor Vasif Məmmədovun səhnələşdirdiyi "Əhmədin vəfalı dostu" tamaşasının premyerası ötən gün baş tutub. Aktyorlar Yalçın Səlimov, İradə Zeynalova, Habil Xanlarov, Şəhla Məmmədova, Ceyhun Məhərrəmov və Kifayət Burziyevanın maraqlı oyun tərzi azyaşlıların diqqətini çəkə bilib.
Şərhlər:   0   |   Baxış:   751
Tarix:   1-04-2017, 14:18   |   Bölmə:   Xəbərlər
Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Sumqayıt Dövlət Dram teatrının iştirakı ilə teatr binasında Aprel Döyüşlərində şəhid olmuş zabit, Vətən torpağını qanı ilə suvarmış polkovnik-leytenant Raquf Orucovun anım mərasimi keçirildi.
Aparıcı – respublikanın əməkdar artisti Cəlal Məmmədov dörd günlük döyüşdə Azərbaycan Ordusunun şücaətindən, əsgərlərimizin döyüş ruhundan danışdı, Murov qartalı adlandırılan qorxmaz kəşfiyyatçı, bacarıqlı komandir Raquf Orucovun şərəfli döyüş yoluna ekskurs etdi.
Şərhlər:   0   |   Baxış:   824
Tarix:   22-03-2017, 11:33   |   Bölmə:   Xəbərlər
Sumqayit teatrında Novruz şənliyi

Milli mənəvi dəyərlərimizi özündə ehtiva edən Novruz bayramı Sumqayıt Dövlət Dram Teatrında da möhtəşəm qeyd olundu. Şəhər icra hakimiyyəti tərəfindən Sumqayıt bulvarında təşkil olunan ümumşəhər şənliyində böyük həvəslə çıxış edən SDDT kollektivi azyaşlı tamaşaçıların da bayram tətilini daha yaddaqalan keçirmələrinə nail oldu.
Şərhlər:   0   |   Baxış:   612
Tarix:   17-03-2017, 11:37   |   Bölmə:   Xəbərlər
"Xonçalı Novruz gəlir" adlı bayram şənliyi

Sumqayıt Dövlət Dram Teatrı sizi "Xonçalı Novruz gəlir" adlı bayram şənliyinə dəvət edir. Tamaşa 3 gün (19, 20, 21 mart) olmaqla, dörd seans (saat 10:00, 12:00, 14:00, 16:00)-da davam edəcək.


Biletləri teatrın kassasından əldə edə bilərsiniz, daha ətraflı məlumat üçün zəng edin: (+99418) 655-23-69
Şərhlər:   0   |   Baxış:   716
Tarix:   14-03-2017, 12:49   |   Bölmə:   Xəbərlər
Sumqayıt Dövlət Dram Teatrı  48 yaşını qeyd edir

Sumqayıt Dövlət Dram Teatrı bu gün 48 yaşını qeyd edir. Teatrın yaradıcılıq palitrası yetərincə zəngin və çalarlıdır. Bugün müasir binada gözəl yaradıcılıq şəraitində fəaliyyət göstərən teatrın repertuarı da müxtəlif sosial təbəqələrin, yaş hədlərinin zövqünə, istəyinə uyğun qurulub.
Şərhlər:   0   |   Baxış:   657
Tarix:   14-03-2017, 12:43   |   Bölmə:   Xəbərlər
Əməkdar artist İzaməddin Bağırovun 50 illik tablosuna bir neçə rəng

Aktyor taleyi
Əməkdar artist İzaməddin Bağırovun 50 illik tablosuna bir neçə rəng

“Məsi ağrılarını çiynində, dünyanın bir başından o başına daşıyan balaca qarışqanın dalınca yol gəlirdi. Boynunda toxuyub qurtara bilmədiyi kəndir idi, bir də elə yarımçıq kəndirin məxsus olduğu şəxs haqqında feilin zaman formasını dəyişdirəcək sərt, nainsaf, qart üzü... Qat kəsmiş düşüncələrdən kəndirin qart üzünü seçdi, Məsi “ – bu sətirlər Əyyub Qiyasın “Qarışqa yuvası” pyesinin qəhrəmanı Məsi və onu canlandıran, səhnə həyatı verən İzaməddin Bağırov haqqında Hafiz İmamnəzərlinin yazısındandır. İndi İzaməddin Bağırov əməkdar artistdir, həm də rejissor kimi bir neçə maraqlı tamaşaya quruluş verib.
Şərhlər:   0   |   Baxış:   681
Tarix:   12-03-2017, 11:32   |   Bölmə:   Xəbərlər
DunyaTV-nin "BİRLİKDƏ" proqramında

Sumqayıt Dövlət Dram Teatrının kollektivi 12.03.2017 tarixində DunyaTV-nin "BİRLİKDƏ" proqramına qonaq oldu
Şərhlər:   0   |   Baxış:   809