Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa
Tarix:   22-09-2017, 16:37   |   Bölmə:   Ana səhifə
Sumqayıt Dövlət Dram Teatrı mövsümü “Ocaq” tamaşası ilə açacaq

Müxtəlif janrlarda uğurlu tamaşalar hazırlayan Sumqayıt Dövlət Dram Teatrı qırx doqquzuncu teatr mövsümünü yeni tamaşa ilə açacaq. Premyerası keçiriləcək (Turgut Özakman) “Ocaq” psixoloji dramı əməkdar artist Firudin Məhərrəmovun yozumunda səhnə həlli tapıb. Bir ailənin iztirab və təbəddülatları konteksində cəmiyyətin müxtəlif sosial və yaş kateqoriyalarının baxış bucağı mükəmməl şəkildə açılır.
Şərhlər:   0   |   Baxış:   567
Tarix:   21-07-2017, 13:58   |   Bölmə:   Ana səhifə
Sumqayıt Dövlət Dram Teatrında görkəmli yazar Turgut Özakmanın “Ocaq” əsərinə daxili baxış oldu

20.07.2017 tarixində Sumqayıt Dövlət Dram Teatrında görkəmli yazar Turgut Özakmanın “Ocaq” əsərinə daxili baxış keçirildi. Əsərin səhnə yozumu çox maraqla qarşılandı. Bir ailənin iztirab və təbəddülatları konteksində cəmiyyətin müxtəlif sosial və yaş kateqoriyalarının baxış bucağı mükəmməl şəkildə açılır. Nənənin (əməkdar artistlər Fəranə Musayeva və Növrəstə Həşimova) xidmətçi çağırışı ilə başlayan tamaşada bir neçə dəqiqədən sonra məlum olur ki, özünü paşa arvadı zənn edən nənə xəyal buludlarının üstündə qanad çalır və hər kəs bu yalan ocağının altına köz qoymaqla nənə üçün oynayır.
Şərhlər:   0   |   Baxış:   763
Tarix:   4-07-2017, 14:25   |   Bölmə:   Ana səhifə
SDDT-nin “Toy olsun” komediyası  Rus Dram Tetarının səhnəsində

SDDT kollektivi 04.07.2017 tarixində Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində “Toy olsun” komediyası ilə çıxış etdi. Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimovun da iştirakı ilə hazırlanmış “Toy olsun” komediyası Bakı tamaşaçıları tərəfindən maraqla qarşılandı.
Şərhlər:   0   |   Baxış:   665
Tarix:   30-06-2017, 12:40   |   Bölmə:   Xəbərlər
SDDT kollektivi “Toy olsun” komediyası ilə Rus Dram Tetarında

Sumqayıt Dövlət Dram Teatrında premyerası uğurla keçən “Toy olsun” (İsi Məlikzadə, Süleyman Ələsgərov) komediyası tamaşaçıların istəyi nəzərə alınaraq Bakı teatrlarında da oynanılacaq. Respublikanın xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimovun iştiraki ilə ərsəyə gəlmiş maraqlı səhnə əsəri 4 iyul saat 19:00-da Rus Dram Teatrında nümayiş olunacaq.
Şərhlər:   0   |   Baxış:   377
Tarix:   14-06-2017, 18:26   |   Bölmə:   Xəbərlər
Kollektivimiz adından hörmətli İslam müəllimi təbrik edirik
İyunun 14-də Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev Sumqayıt Dövlət Dram Teatrının direktoru İslam Həsənova əməkdar mədəniyyət işçisi fəxri adının vəsiqəsini təqdim etdi. Kollektivimiz adından hörmətli İslam müəllimi təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.
Şərhlər:   0   |   Baxış:   432
Tarix:   10-06-2017, 14:06   |   Bölmə:   ---
Əməkdaşımız  Kamil Hüseynovun doğum günü qeyd olundu

Taleyini teatra həsr etmiş Kamil Hüseynovun təqaüdə çıxması ilə bağlı Sumqayıt Dövlət Dram Teatrında tədbir keçirilib. Teatrın direktoru əməkdar mədəniyyət işçisi İslam Həsənov öncə respublikada teatrın inkişafı üçün həyata keçirilən layihələrdən, şəhərdə mədəniyyətə göstərilən qayğıdan söhbət açdı.
Şərhlər:   0   |   Baxış:   587
Tarix:   5-06-2017, 17:42   |   Bölmə:   Xəbərlər
Toy olsun komediyası yenidən nümayiş olunacaq

Ötən ay premyerası uğurla keçən ( İsi Məlikzadə, Süleyman Əsgərov ) “Toy olsun” komediyasıı 8 iyun saat 18:30-da yenidən nümayiş olunacaq. Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimovun iştiraki ilə ərsəyə gəlmiş səhnə əsəri rejissor yozumu ilə fərqlənən tamaşalardandır.
Şərhlər:   0   |   Baxış:   528
Tarix:   21-05-2017, 11:28   |   Bölmə:   Xəbərlər

Sumqayıt Dövlət Dram Teatrı sizləri 31 may 2017-ci il saat 19:00 -da Süleyman Ələsgərov və İsi Məlikazdənin "Toy Olsun" tamaşasına baxmağa dəvət edir.
Şərhlər:   0   |   Baxış:   658