Təqvim
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Nəsirova Ulduza




Ulduzə Sülüyman qızı Nəsirova


Ulduzə Nəsirova 27.04.1956-ci il tarixində anadan olub.
Ulduzə Nəsirova 1974-1978 -ci illərdə M.A.Əliyev adına Axərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu ” fakultəsində təhsil alıb. 1978-ci ildə U.Nəsirova təyinatla M.Davudova adına Mingəçevir Dövlət Dram teatrına işləməyə göndərilib.
Az bir müddətdə Mingəçevir teatrının səhnəsində bir-birinin ardınca S.Rəhman “Toy” – Kamilə, S.Salamzadə “Ən xoşbəxt gün” – Zərqələm, C.Məmmədov “Qaçırılmış qız” –Hicran, obrazlarını özünəməxsus ştrix və boyalarla yaradaraq tamaşaçı rəğbəti qazana bilmişdir. Onun zəhmətkeşliyi, oynadığı rollara yaradıcı münasibəti, təvazökarlığı az bir müddətdə Ulduzə xanımı Mingəçevir tamaşaçılarının sevimlisi etmişdir.
1984-cü ildən U.Nəsirova, taleyini Sumqayıt Dövlət Dram teatrı ilə bağlamışdır. Bu teatrda işlədiyi müddətdə U.Nəsirova müxtəlif səpgili, zidd xarakterli rollar ifa etmişdir.


Sumqayıt teatrında oynadığı rollar
• Ş.Arif “Qınamayın məni” - Cahan
• A.İvaşenko “Uşağa bir üç yazın” – Radayeva
• G.Xuqayev “Varlı ev” – Mamaça
• A.Mirzə “Məlikməmmədin yeni sərgüzəştləri” – Tacirin arvadı
• C.Yusifzadə “İtilgetlər” – Qadın
• C.Yusifzadə “Dağlar arxasız olmur” – Aypara
• V.Səmədoğlu “Bəxt üzüyü” – Sara
• R.N.Güntəkin “Bir gecəlik ər” – Adilə dudu
• N.Qoqol “Evlənmə” – Flokeya İvanovna
• N.Qoqol “Müfəttiş” – Avtodiya
• S.Mrojek “Təxribatçılar” – Serjantın arvadı
• N.Hikmət “Bayramın birinci günü” – Həbibə və Fərxundə
• Ə.Əylisli “Bir cüt bədmüşk ağacı” – Xatirə
• C.Məmmədquluzadə “Ölülər” – Ana
• Anar “Təhminə və Zaur” – Mədinə
• İ.Məlikzadə”Subaylarınızdan görəsiniz” – Səməni
• Ü.Hacıbəyov “Arşın mal alan” – Asya və Cahan xala
• F.Məhərrəmov “Oğuzlar” – Burla xatun
• Ə.M.Lələdağ “Qorxaq” – Sünbül
• Ə.M.Lələdağ “Dağlarda tufan” – Ana
• T.Vəliyeva “Mənim ağ göyərçinim” – Zəhra xanım
• G.Xuqayev “Bir köpək vardı” – Qarğa və Kvark
• K.Kərimov “Cahargah fantaziyası” – Bikə xala
• Ç.Aytmatov “Ümid sahili” – Şaman
• N.Dumbadze “Ağ bayraqlar” – Ana
• A.Şaiq “Qaraca qız” – Nərgiz
• M.Qacar “Qabanın səfəri” – Qarğa
• R.Əlizadə “Dadaşbala əməliyyatı” – Fatma
• “Ələddinin sehrli çırağı” – Ana
• M.Tven “Şahzadə və dilənçi” – Cenni
• İ.Əfəndiyev “Sən həmişə mənimləsən” – Xurşud xanım
• Eıçin “Qatil” – Qonşu qadın
• V.Hauf “Balacaboy yekəburun” – Hanna
• K.Mirzəzadə “Qudalar” – Xədicə
• M.Süleymanlı “Dəyirman” – Gülünün arvadı
• C.Cabbarlı “Oqtay Eloğlu” – Gülgəz
• C.Məmmədquluzadə “Danabaş kəndinin əhvalatlatları” – İzzət
• C.Məmmədquluzadə “Ölülər” – Qadın
• F.Həsənqızı “Anası öpməyən qız” – Dayə
• Ş.Qəribli “Sehrli açar” – Qaraçı qadın
• Ş.Qurbanov “Milyonçunun dilənçi oğlu” – Kübar qadın
• A.İdrisoğlu “Şah İsmayıl” – Səkinə ( F.Kərimzadənin “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” və Ə.Nicatın “Qızılbaşlar” romanları əsasında)
• M.F.Axundzadə “Müsyö Jordan və dərviş Məstəlişah” – Şəhrəbanu
• M.F.Axundzadə “Lənkəran xanının vəziri” – Pəri xanım
• S.S.Axundov “Tamahkar” – Nabat və Şərəf xanım
• Anar “Adamın adamı” – Xəbərçi Xədicə
• Ç.Məmmədov “Kişi” – Sona
• M.Haqverdiyev “Fədakarlıq” – Zeynəb
• F.Mustafa “Əqrəb bürcü” – Qonşu qadın
• A.Babayev “Xilaskar” – Qadın
• Ç.Ələsgərli “Etiraf” (Monotamaşa) – Ana
• M.İbrahimov “Yaxşı adam” – Sənəm xala
• V.Şukşin “Diribaş adamlar” – Sonya və Vera Serqeyevna
• Ç.Aytmatov “Əsrə bərabər gün” – Əsgər şineli qadın
• Ə.Salahzadə “Yayın qış gecəsi” – Xatın
• H.Cavid “Ana” – Ana
• H.Mirələmov “Vicdanın hökmü” – Ana

Məlahətli səsi ona musiqili komediyalarda da obraz yaratmağa imkan verir.
1993-cü ildə Respublikamızda keçirilən mono-tamaşalar festivalında Çingiz Ələsgərlinin “Etiraf” adlı mono-tragifars əsəri ilə çıxış edən U.Nəsirova həmin festivalın “Faciə ilahəsi” adına layiq görülmüşdür. Bu istedadlı aktrisanın sənətkarlığını nəinki Sumqayıtlılar, Azərbaycan tamaşaçıları, hətta Dağıstan və Qazaxstan teatrsevərləri də rəğbətlə qarşılamışlar. U.Nəsirova 2003-cü ildə Respublika Prezidenti mükafatçısı olub. U.Nəsirova 2008-ci ildə Respublikanın əməkdar artist adına layiq görülmüşdür.
Заглянув один раз, вы обязательно бесплатные программы скачаете для пк с лучшего сайта последние хорошие фильмы смотреть онлайн на кинопортале или ещё можно dle шаблоны бесплатные бесплатые на лучшем сайте.