Təqvim
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Məmmədov Vidadi




Məmmədov Mansur oğlu Vidadi


Vidadi Məmmədov 05.12.1960- cı il tarixində anadan olub
1982- ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnistitutunun ”Dram və Kino aktyorluğu“ fakültəsinə qəbul olunan V.Məmmədov 1986-cı ildə təhsilini başa vuraraq , təyinatla M.Davudova adına Mingəçevir Dövlət Dram teatrına göndərilmiş və orada aktyor vəzifəsində çalışmışdır.
1986-1993-cü illər Mingəçevir Dövlət Dram teatrının səhnəsində 40-a yaxın obraza səhnə həyatı vermişdir.
1993-cü ildən Sumqayıt Dövlət Dram teatrında işləyir. Bu günə kimi 90-yaxın çox obraza səhnə həlli vermişdir.


Sumqayıt teatrında oynadığı rollar:
• “Danabaş kəndinin əhvalatları”- Məmmədhəsən əmi
• Şiller “Cenuyada sui-qəsd”-Hassan
• K.Xoinski “Bir gecə əhvalatı”-Marek
• R.Həmid “Şəmbə axşamı”- Həsən
• Makayonok “Tribunay”- Tereşko
• C.Məmmədov “Ayıq olun uşaqlar”- Azər
• T.Əl-həkim - “Karıxmış sultan”- Vəzir
• M.F.Axundzadə “Müsyö Jordan və Dərviş Məstəli şah”-Qulaməli
• Okolçinskaya “Tranvayı kim oğurlayıb?” –Kirpi
• Y.Səmədoğlu “Qətl günü”- Moşu
• N.V.Qoqol - “Ölü canlar” əsasında “Çiçikovun sərgüzəştləri”- Ata
• M.C.Paşayev “ Iclas Qurusu”- Quru
• H.Orucov “Burdan min atlı keçdi”- Polis mayoru Şaxmazasyan
• Ə.Qiyas “Qarışqa yuvası”- Çənə Arif
• R.Həmid “Taşurda faciəsi” – İnzar

Azərbaycan Film Kinostudiyasının çəkdiyi “Əlahiddə vəziyyət” filmində Vaqif roluna çəkilib.
V.Məmmədov 1997-ci ildə Sumqayıt Teatrında U.Leyesin “Buratino aya uçur” kukla tamaşasının quruluşçu rejissoru olmuşdur.
“Rənglərdə yaşayan ömür” kitabının müəllifidir. 1999-cu ildən Sumqayıt Dövlət Dram Tearında direktor müavinidir. O, 2008-ci ildə respublikanın əməkdar artisti , 2013-cü ildə isə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “ Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif olunmuşdur.
Заглянув один раз, вы обязательно бесплатные программы скачаете для пк с лучшего сайта последние хорошие фильмы смотреть онлайн на кинопортале или ещё можно dle шаблоны бесплатные бесплатые на лучшем сайте.