Təqvim
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Məhərrəmov Firudin




Firudin Əliməmməd oğlu Məhərrəmov


Firudin Məhərrəmov 10.05.1959 - cu il tarixində anadan olub
Firudin Məhərrəmov 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunda professor, Mehdi Məmmədovun rəhbərlik etdiyi rejissorluq fakultəsinə qəbul olmuş 1987-ci ildə oranı ümidverici bir rejissor kimi bitirmişdir.

Elə həmin ildə V.Şukşinin “Diribaş adamlar” əsərinə verdiyi quruluşla o, Sumqayıt teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilmiş, 1997-ci ildən isə bu günə kimi teatrın baş rejissoru olaraq fəaliyyət göstərir. 1989-cu ildə R.Kiplinqin “Öz xoşuna gəzən pişik” əsərinə verdiyi quruluş lentə alınaraq dəfələrlə Respublika televiziyası ilə nümayiş olunub. Məktəbyaşlı uşaqların mənəvi tərbiyəsində ciddi rol oynayan bu tamaşa, Respublika televiziyasının Qızıl fondunda saxlanılır.
Sumqayıt teatrında bir-birinin ardınca müxtəlif xarakterli tamaşalar F.Məhərrəmovun istedadlı rejissor olduğunu bir daha sübuta yetirdi. Onun quruluş verdiyi “Təxribatçılar” (S.Mrojek), “Subaylarınızdan görəsiniz” (İ.Məlikzadə və S.Ələsgərov), “Yaralar” və Kim nə deyər bizdə olan qeyrətə” (A.Babayev), “Qarışqa yuvası”(Ə.Qiyas) və s. tamaşalar F.Məhərrəmovun yaradıcılıq potensialını üzə çıxartmışdır.
O, Respublikamızda mütəmadi keçirilən mono-tamaşalar festivallarının diplomçusu və laureatı adına layiq görülmüşdür. Səhnələşdirərək quruluş verdiyi (V.Şekspir) “Hamlet”, (C.Cabbarlı) “Aydın” və (O.Fikrətoğlu) “Qapı” mono – tamaşaları sənətşünaslar tərəfindən yüksək qiymətləndirilmişdir. Xüsusilə “Hamlet” monotamaşasına görə “Rejessurada cəsarətli addım” prizinə və pul mükafatına layiq görülmüşdür.
2000-ci ildə Respublikada keçirilən “Klassik tamaşalar festivalında” Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” tamaşas teatr tənqidçiləri tərəfindən festivalın ən sanballı klassik tamaşası kimi qiymətləndirilmişdir. Festivallar festivalında isə Firudin Məhərrəmovun qurluşunda hazırlanan Əyyub Qiyasın “Qarışqa yuvası” tamaşası diploma layiq görülməklə yanaşı festival repertuarını bəzəyən tamaşalar sırasında özünəməxsus yer tutmuşdur.
1998-ci ildə Gürcüstan Respublikasının Rustavi şəhərinin 50 illiyinə həsr olunmuş, Beynəlxalq “Qızıl maska” teatr festivalında F.Məhərrəmov quruluş verdiyi “Müsyo Jordan və Dərviş Məstəli şah” (M.F.Axundov) tamaşasına görə “Klassik əsər üzərində uğurlu eksperiment” prizi ilə, 2005-ci ildə Respublikamızda keçirilən “Boş məkan dolğunluğu” teatr festivalında isə Ç.Aytmatovun “Dəniz kənarıyla qaçan Alabaş” povestinin motivləri əsasında səhnələşdirdiyi “Ümid sahili” tamaşasına görə “Uğurlu aktyor ansamblı” – rejissor prizi ilə təltif olunmuşdur. Eyni zamanda “Ümid sahili” tamaşası Türkiyənin Ərzurum şəhərində keçirilən Beynəlxalq Teatr Festivalında diploma layiq görülmüşdür.
2005 –ci ildə dramaturq Aqşin Babayevin “Xilaskar” əsərinə quruluş verməklə Azərbaycan teatr tarixində ilk dəfə olaraq ulu öndər Heydər Əliyevin bədii obrazını dolğunluğu ilə səhnəyə gətirmişdir. Tamaşa teatr ictimaiyyətinin və geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmış və dəfələrlə respublika televiziyalarında nümayiş olunmuşdur.
Firudin Məhərrəmov qərb yazarlarının əsərlərini də böyük uğurla tamaşaya qoymaqda davam edir. İngilis yazıçısı Con Qolsnorisinin eyni adlı povesti əsasında səhnələşdirdiyi “Birincilər və sonuncular” tamaşası Türkiyənin Ankara şəhərində keçirilən” (2008-ci il) Uluslararası teatr festivalına dəvət almış, festivalda uğurlu çıxışı ilə Türk tamaşaçılarının və münsiflər heyətinin rəğbətini qazanaraq diplom və hədiyyələrə layiq görülmüşdür.
Firudin Məhərrəmovun quruluş verdiyi daha bir tamaşa Yucin Onilin “Qarağaclar altında məhəbbət” tamaşası 2008 – ci ildə teatr xadimləri ittifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülmüşdür. Firudin Məhərrəmov 2010 – cu ildə bir daha Elçin dramaturgiyasına müraciət edərək bu dəfə dramaturqun “Qatil” əsərinə quruluş vermişdir. Gərgin psixoloji təzadlı ovqatı olan bu tamaşa son zamanlar Sumqayıt teatrında hazırlanmış ən təsirli və uğurlu tamaşalardan biri sayılır.
1987 –ci ildən bu günə kimi Firudin Məhərrəmov Sumqayıt teatrının səhnəsində 60 – dan artıq əsərlərə quruluş vermişdir. Sadalanan tamaşalardan başqa onun hazırladığı “Bir köpək vardı” (G.Xudayev), “Dağlarda tufan” (Ə.Lələdağ), “Bayramın I günü” (N.Hikmət), “Mənim ağ göyərçinim” (T.Vəliyeva), “Oğuzlar” (F.Məhərrəmov), “Varlı qadın” (Ə.Əmirli), “20 ildən sonra” (Ə.Əmirli), “Qaraca qız” (A.Şaiq), “Hacı Qara” (M.F.Axundzadə), “Öldür məni canciyər” (Əziz Nesin) və s. tamaşalar uzunmüddətli olmaqla yanaşı tamaşaçıların sevərək baxdığı tamaşalardandır.
F.Məhərrəmov 30 ildir ki, Sumqayıt şəhərində keçirilən Dövlət səviyyəli tədbirlərin ssenari müəllifi olmaqla bərabər, həm də quruluşçu rejissordur. Onun ssenarisini yazdığı və quruluş verdiyi ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 70, 75 və 80 illik, Zərifə Əliyevanın 90 illik yubiley tədbirləri, Əziz Əliyev və Həsən Əliyevin yubileyləri, Mir Cəlal Paşayeva həsr olunmuş “ Həmişə yanar ürək” adlı yubiley tamaşası və neçə-neçə Azərbaycan şair və mütəfəkkirlərinin ildönümlərini keçirərək, bir çox bayram və tədbirləri tamaşaçıların rəğbətini qazanmışdır.
F.Məhərrəmov Sumqayıt teatrında işləməklə yanaşı, respublikamızın bir çox teatrları ilə də yaradıcılıq əlaqələri saxlamış və ayrı-ayrı vaxtlarda Ş.Qurbanov adına Musiqili Komediya Teatrında “Hicran”, “Füzuli Dövlət Dram teatrında “Danabaş kəndinin əhvalatları”, İrəvan teatrında E.Əfəndiyevin “Poçt şöbəsində xəyal”, Anarın “Telefon gecələri”dramı, Lənkəran Dövlət Dram Teatrında Çingiz Aytmatovun “Gün var əsrə bərabər” povesti əsasında “Manqurt”, Qazax Dövlət Dram teatrında Mirzə Fətəli Axundzadənin “Xırs quldurbasan” tamaşalarına quruluş vermişdir. Onun Akademik Milli Dram Teatrında “Anamın kitabı” (Cəlil Məmmədquluzadə), “Vəsiyyət” (Hüseynbala Mirələmov) kimi səhnə əsərləri uzunömürlü tamaşalar siyahısındadır. Mingəçevir Dram teatrında quruluş verdiyi H.Cavidin “ Ana” tamaşası F.Məhərrəmova 2-ci dəfə “ Qızıl dərviş” mükafatını qazandırmışdır.
2011 – ci ildə Firudin Məhərrəmov Amerikada fəaliyyət göstərən Azərbaycan Nyu-York Asosiasiyasının dəvəti ilə okeanın o tayına səfər edir. Məqsəd Amerikada ilk Azərbaycan teatrının yaradılması olur. Asosiasiyanın fəal üzvlərinin istəyi ilə premyera üçün M.F.Axundzadənin “Müsyo və Dərviş” əsəri seçilir. İki aylıq gərgin zəhmət nəticəsində Firudin Məhərrəmov orda yaşayan həmyerlilərimizlə birlikdə 2011-ci il dekabrın 4-də tamaşanın premyerası göstərilməklə Amerikada ilk Azərbaycan teatrının əsasını qoyur. Elə həmin ildə o, Amerikada keçirilən Azərbaycan Dövlət Müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş bayram tədbirinin ssenari müəllifi və quruluşçu rejissoru olmuşdur.
2012-ci ildə Firudin Məhərrəmov M.F.Axundzadənin 200 illik yubileyi çərçivəsində “Müsyo Jordan və Dərvi. Məstəli şah” əsərini yeni qurluşda tamaşaya hazırlayır, tamaşa Hindistanda keçirilən ənənəvi beynəlxalq Teatr festivalında uğurla çıxış edərək diploma layiq görülür.
Firudin Məhərrəmov 5 pyesin tərcüməçisi, 5 pyesin müəllifidir. Onun ssenarisi əsasında bir çox film və seriallar çəkilmişdir. Bunlardan “İynə - sap”(2 hissəli), “Şans” (2 hissəli), “Yanmış körpülər” (25bölüm), “Oyunçu” (12bölüm), “Susmuş vicdan” (50 bölüm), “Qağayı” (12 bölüm) filmlərdir.
Firudin Məhərrəmov 2006 –ci ildə Respublikanın “Əməkdar artist”i fəxri adına layiq görülmüşdür. 1990-cı ildən TXİ-nin, 2012-ci ildən YAP-ın üzvüdür.
Заглянув один раз, вы обязательно бесплатные программы скачаете для пк с лучшего сайта последние хорошие фильмы смотреть онлайн на кинопортале или ещё можно dle шаблоны бесплатные бесплатые на лучшем сайте.