Təqvim
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

İslam Həsənov



İslam Cəfər oğlu Həsənov


İslam Həsənov 1965-ci il mayın 8-də Lənkəran şəhərində anadan olub.
1982-ci ildə Lənkəran şəhər 5 N-li orta məktəbi bitirib. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakultəsinə daxil olub. 1983-85-ci illərdə ordu sıralarında xidmət keçib.
İslam Həsənov 1988-ci ildə institutu bitirib. Lənkəran Dövlət Dram Teatrında aktyor kimi işə başlayıb. 1990-cı ildə Bakı şəhər “Meydan” teatr truppasının üzvü kimi fəaliyyətini davam etdirib. 1991-92-ci illərdə Azərbaycan Teleradio verilişləri şirkətində aparıcı, redaktor vəzifələrində çalışıb.
1992-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqına, informasiya işləri üzrə baş mütəxəssis vəzifəsinə dəvət edilib.
2007-cı ildə İslam Həsənov Lənkəran Dövlət Dram Teatrına direktor vəzifəsinə təyin olunub. Burada işlədiyi müddətdə teatr əyalət çərçivəsindən çıxaraq respublikanın aparıcı sənət ocağına çevrilib, beynəlxalq festivallara qatılıb. Müxtəlif ölkələrin qabaqcıl teatrlarının tanınmış rejissorları quruluş vermək üçün Lənkərana dəvət olunub. Bu mədəniyyət inteqrasiyası truppanın yaradıcılıq imkanlarının tam açılmasına şərait yaradıb.
İslam Həsənov 2014 -cü ilin mart ayından Sumqayıt Dövlət Dram Teatrının direktoru kimi fəaliyyətini davam etdirir.
Заглянув один раз, вы обязательно бесплатные программы скачаете для пк с лучшего сайта последние хорошие фильмы смотреть онлайн на кинопортале или ещё можно dle шаблоны бесплатные бесплатые на лучшем сайте.