Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa
Tarix:   17-12-2017, 13:06   |   Bölmə:   Xəbərlər
Yeni il şənliyi

Yeni il şənlikləri 26 -30 Dekabr saat 11:00, 13:00, 15:00 - da, 31 dekabr - 1 Yanvar saat 10:00, 12:00, 14:00, 16:00 -da və 2 Yanvar saat 11:00, 13:00 - da keçiriləcək.
Şərhlər:   0   |   Baxış:   13
Tarix:   15-12-2017, 17:18   |   Bölmə:   Xəbərlər
“Atilla” tamaşasının daxili baxışı oldu

Sumqayıt Dövlət Dram Teatrında daha bir əsərə daxili baxış oldu. Teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov istedadlı yazıçı-dramaturq Əfqan Əsgərovun yaradıcılığında geniş yer tutan tarixi əsərlərdən birinin- “Atilla”-nın səhnə versiyasını hazırladı. Tamaşada obrazları əməkdar artistlər Cəlal Məmmədov, Rauf Ağakişiyev, aktyorlar Habil Xanlarov, Yalçın Səlimov, Vəfa Qurbanova və Rövşən Əsgərov canlandırır.
Şərhlər:   0   |   Baxış:   19
Tarix:   15-12-2017, 09:51   |   Bölmə:   Xəbərlər
“Qış nağılı”

Sumqayıt Dövlət Dram Teatrı həmişə olduğu kimi yenə də uşaq və yeniyetmələrin bayram şənliklərini mənalı və maraqlı keçirmələri haqda düşünüb. Dekabrın 26 - dan 2018 - ci il 2 yanvar da daxil olmaqla 8 gün ərzində teatrımızın səhnəsində “Qış nağılı” adlı müsiqili əyləncəli proqram nümayiş etdiriləcək.
Şərhlər:   0   |   Baxış:   83
Tarix:   11-12-2017, 12:00   |   Bölmə:   Xəbərlər
"Toy olsun" komediyası artıq Youtube kanalımızda
Şərhlər:   0   |   Baxış:   28
Tarix:   6-12-2017, 18:09   |   Bölmə:   Tamaşalar
"Ocaq" tamaşası

Əsərin səhnə yozumu çox maraqlıdır. Bir ailənin izdirab və təbəddülatları konteksində səmimiyyətin müxtəlif sosial və yaş kateqoriyalarının baxış bucağı mükəmməl şəkildə açılır. Nənənin “xidmətçi” çağırışı ilə başlayan tamaşada, bir neçə dəqiqə sonra məlum olur ki, özünü “paşa qızı” zənn edən nənə, xəyal buludlarının üstündə qanad çalır, ata çarəsizlik girdabında boğula-boğula saman çöpündən yapışmağa cəhd edir, , ana bütün ailəni birləşdirməyə səy göstərir, pərən-pərən düşmüş ailə üzvlərini uçurumun ağzından alan güclü bir obraz kimi ürəkləri fəth etməyi bacarır. Rejissor insanları ümidsiz olmamağa çağırır, “hər qaranlıq gecənin bir işıqlı sabahı var” mesajını tamaşaçıya bariz şəkildə çatdırır.
Şərhlər:   0   |   Baxış:   21
Tarix:   16-11-2017, 12:31   |   Bölmə:   Xəbərlər
"Hökm" tamaşasının daxili baxışı oldu

Sumqayıt Dövlət Dram Teatrında görkəmli yazıçı-dramaturq Frans Kafkanın “Hökm” əsərinin səhnə versiyasına daxili baxış keçirilib. Dostluğu, xəyanət, ruhun mübarizəsi, ata-oğul münasibətləri kimi bəşəri mövzuları özündə ehtiva edən psixoloji drama əməkdar artist, istedadlı aktyor və rejissor Namis Şirməmmədovun quruluşunda təqdim olunub.
Əsərin qəhrəmanı Georq Bentmandır. Hadisələr onun dostu, qadını və oğluna ölüm hökmü kəsən ata ətrafında cərəyn edir.
Şərhlər:   0   |   Baxış:   217
Tarix:   18-10-2017, 12:36   |   Bölmə:   Xəbərlər
"Şahzadənin ulduzu"

Sumqayıt Dövlət Dram Teatrı 49-cu mövsümün ilk uşaq tamaşasını təhvil verdi. Belə ki, rejissor Vasif Məmmədov (H.X.Andersen) “Şahzadənin ulduzu” əsərinin səhnə versiyasını hazırlayıb. Azyaşlılarçun nəzərdə tutulan tamaşada obrazları İlqar İbrahimov, Şəhla Məmmədova, Etibar Əmirov, Vəfa Qurbanova, İradə Zeynalova, Sevda Hüseynova, Cavanşir Eyyubov, Elmir Mehdiyev və Orxan Firudinov canlandırır.
Şərhlər:   0   |   Baxış:   400
Tarix:   18-10-2017, 09:28   |   Bölmə:   Foto Albom
Şahzadənin ulduzu
Şərhlər:   0   |   Baxış:   14