Daxil ol
Bağla

Yeni il şənliyi

Xəbərlər

Yeni il şənliyi

Yeni il şənlikləri 26 -30 Dekabr saat 11:00, 13:00, 15:00 - da, 31 dekabr - 1 Yanvar saat 10:00, 12:00, 14:00, 16:00 -da və 2 Yanvar saat 11:00, 13:00 - da keçiriləcək.

“Atilla” tamaşasının daxili baxışı oldu

Xəbərlər

“Atilla” tamaşasının daxili baxışı oldu

Sumqayıt Dövlət Dram Teatrında daha bir əsərə daxili baxış oldu. Teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov istedadlı yazıçı-dramaturq Əfqan Əsgərovun yaradıcılığında geniş yer tutan tarixi əsərlərdən birinin- “Atilla”-nın səhnə versiyasını hazırladı. Tamaşada obrazları əməkdar artistlər Cəlal Məmmədov, Rauf Ağakişiyev, aktyorlar Habil Xanlarov, Yalçın Səlimov, Vəfa Qurbanova və Rövşən Əsgərov canlandırır.

“Qış nağılı”

Xəbərlər

“Qış nağılı”

Sumqayıt Dövlət Dram Teatrı həmişə olduğu kimi yenə də uşaq və yeniyetmələrin bayram şənliklərini mənalı və maraqlı keçirmələri haqda düşünüb. Dekabrın 26 - dan 2018 - ci il 2 yanvar da daxil olmaqla 8 gün ərzində teatrımızın səhnəsində “Qış nağılı” adlı müsiqili əyləncəli proqram nümayiş etdiriləcək.

"Hökm" tamaşasının daxili baxışı oldu

Xəbərlər

"Hökm" tamaşasının daxili baxışı oldu

Sumqayıt Dövlət Dram Teatrında görkəmli yazıçı-dramaturq Frans Kafkanın “Hökm” əsərinin səhnə versiyasına daxili baxış keçirilib. Dostluğu, xəyanət, ruhun mübarizəsi, ata-oğul münasibətləri kimi bəşəri mövzuları özündə ehtiva edən psixoloji drama əməkdar artist, istedadlı aktyor və rejissor Namis Şirməmmədovun quruluşunda təqdim olunub.
Əsərin qəhrəmanı Georq Bentmandır. Hadisələr onun dostu, qadını və oğluna ölüm hökmü kəsən ata ətrafında cərəyn edir.

"Şahzadənin ulduzu"

Xəbərlər

"Şahzadənin ulduzu"

Sumqayıt Dövlət Dram Teatrı 49-cu mövsümün ilk uşaq tamaşasını təhvil verdi. Belə ki, rejissor Vasif Məmmədov (H.X.Andersen) “Şahzadənin ulduzu” əsərinin səhnə versiyasını hazırlayıb. Azyaşlılarçun nəzərdə tutulan tamaşada obrazları İlqar İbrahimov, Şəhla Məmmədova, Etibar Əmirov, Vəfa Qurbanova, İradə Zeynalova, Sevda Hüseynova, Cavanşir Eyyubov, Elmir Mehdiyev və Orxan Firudinov canlandırır.
Geri İrəli

Bölmələr