Təqvim
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa
Tarix:   11-10-2017, 12:51   |   Bölmə:   Tamaşalar
“Ocaq” tamaşası yenidən nümayiş olundu.

Sumqayıt Dövlət Dram Teatrında tanınmış Türkiyə yazıçısı Turqut Özakmanın “Ocaq” tamaşası növbəti dəfə10.10.2017 tarixində tamaşaçılara göstərilib. Quruluşçu rejissor əməkdar artist, teatrın baş rejissoru Firudin Məhərrəmov, rəssamı Mustafa Mustafayevdir. Qeyd edək ki,tamaşanın növbəti təqdimatında ikinci heyəti (dublyorlar) öz oynunu nümayiş etdirib.
Şərhlər:   0   |   Baxış:   106
Tarix:   28-09-2017, 15:41   |   Bölmə:   Tamaşalar
49 - cu mövsümün açılışı oldu

Müxtəlif janrlarda uğurlu tamaşalar hazırlayan Sumqayıt Dövlət Dram Teatrı 27.09.2017 tarixində qırx doqquzuncu teatr mövsümünü yeni tamaşa ilə açdı. İlk olaraq teatrın direktoru əməkdar mədəniyyət işçisi İslam Həsənov, daha sonra teatrın baş rejissoru əməkdar artist Firudin Məhərrəmov, əməkdar artist Namis Şirməmmədov çıxış etdi. Ardınca tamaşa təqdim olundu. (Turgut Özakman) “Ocaq” psixoloji dramı əməkdar artist Firudin Məhərrəmovun yozumunda səhnə həlli tapıb.
Şərhlər:   0   |   Baxış:   293
Tarix:   22-09-2017, 16:37   |   Bölmə:   Ana səhifə
Sumqayıt Dövlət Dram Teatrı mövsümü “Ocaq” tamaşası ilə açacaq

Müxtəlif janrlarda uğurlu tamaşalar hazırlayan Sumqayıt Dövlət Dram Teatrı qırx doqquzuncu teatr mövsümünü yeni tamaşa ilə açacaq. Premyerası keçiriləcək (Turgut Özakman) “Ocaq” psixoloji dramı əməkdar artist Firudin Məhərrəmovun yozumunda səhnə həlli tapıb. Bir ailənin iztirab və təbəddülatları konteksində cəmiyyətin müxtəlif sosial və yaş kateqoriyalarının baxış bucağı mükəmməl şəkildə açılır.
Şərhlər:   0   |   Baxış:   287
Tarix:   21-07-2017, 13:58   |   Bölmə:   Ana səhifə
Sumqayıt Dövlət Dram Teatrında görkəmli yazar Turgut Özakmanın “Ocaq” əsərinə daxili baxış oldu

20.07.2017 tarixində Sumqayıt Dövlət Dram Teatrında görkəmli yazar Turgut Özakmanın “Ocaq” əsərinə daxili baxış keçirildi. Əsərin səhnə yozumu çox maraqla qarşılandı. Bir ailənin iztirab və təbəddülatları konteksində cəmiyyətin müxtəlif sosial və yaş kateqoriyalarının baxış bucağı mükəmməl şəkildə açılır. Nənənin (əməkdar artistlər Fəranə Musayeva və Növrəstə Həşimova) xidmətçi çağırışı ilə başlayan tamaşada bir neçə dəqiqədən sonra məlum olur ki, özünü paşa arvadı zənn edən nənə xəyal buludlarının üstündə qanad çalır və hər kəs bu yalan ocağının altına köz qoymaqla nənə üçün oynayır.
Şərhlər:   0   |   Baxış:   104
Tarix:   4-07-2017, 14:25   |   Bölmə:   Ana səhifə
SDDT-nin “Toy olsun” komediyası  Rus Dram Tetarının səhnəsində

SDDT kollektivi 04.07.2017 tarixində Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində “Toy olsun” komediyası ilə çıxış etdi. Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimovun da iştirakı ilə hazırlanmış “Toy olsun” komediyası Bakı tamaşaçıları tərəfindən maraqla qarşılandı.
Şərhlər:   0   |   Baxış:   282
Tarix:   30-06-2017, 12:40   |   Bölmə:   Xəbərlər
SDDT kollektivi “Toy olsun” komediyası ilə Rus Dram Tetarında

Sumqayıt Dövlət Dram Teatrında premyerası uğurla keçən “Toy olsun” (İsi Məlikzadə, Süleyman Ələsgərov) komediyası tamaşaçıların istəyi nəzərə alınaraq Bakı teatrlarında da oynanılacaq. Respublikanın xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimovun iştiraki ilə ərsəyə gəlmiş maraqlı səhnə əsəri 4 iyul saat 19:00-da Rus Dram Teatrında nümayiş olunacaq.
Şərhlər:   0   |   Baxış:   91
Tarix:   14-06-2017, 18:26   |   Bölmə:   Xəbərlər
Kollektivimiz adından hörmətli İslam müəllimi təbrik edirik
İyunun 14-də Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev Sumqayıt Dövlət Dram Teatrının direktoru İslam Həsənova əməkdar mədəniyyət işçisi fəxri adının vəsiqəsini təqdim etdi. Kollektivimiz adından hörmətli İslam müəllimi təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.
Şərhlər:   0   |   Baxış:   116