Təqvim
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

İbrahimov İlqar




İbrahimov Cəlil oğlu İlqar


İlqar İbrahimov 03.03.1959 -cu il tarixində anadan olub.
İlqar İbrahimov 1977-1981 ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorğulu” fakültəsində təhsil alıb.
İlqar İbrahimov 1978-ci ildə dekorator vəzifəsinə təyin olunub. 1978-ci ilin noyabrında rejissor köməkçisi vəzifəsinə keçirilib. İlqar İbrahimov 1985-ci ildə Mingəçevir Dövlət Dram teatrına ezam olunub. Burada G.Xuqayev “Varlı ev”- Yari, G.Xuqayev “Varlı ev”- Yari, Sabit Rəhman “Əliqulu evlənir”- Kamal, M.Hüseyn “Cavanşir”- Fərid, Ə.Əmirli “Bala başa bəla”- İzzət Nəfisli, Ş.Qurbanov “Olmadı elə, oldu belə”- Dayandur, S.Əhməd “Gəlinlərin üsyanı”- Əsgər, Y.Səmədoğlu “Qətil günü”- Xacə Ənvər, C.Cabbarlı “Ədirnə Fəthi”- Palkovnik, Kolçinskaya “ Tranvayı kim oğurlayıb”- Canavar, N.Həsənzadə “Nabat xalanın çörəyi”- Baş leytenant Əsgər, M.İbrahimov “Kəndli qızı”- Hüseynqulu kimi yadda qalan obrazlar yaratmışdır. İ.İbrahimov 2001-ci ildən Sumqayıt Dövlət Dram teatrının aktyorudur.


Sumqayıt teatrında oynadığı rollar:
•M.İbrahimov “Yaxşı adam”- Əli kişi
•N.Hikmət “Bayramın birinci günü”- Bank müdiri
•Ə.Əmirli “Varlı qadın”- Sarı Qarayeva
•İ.Məlikzadə “Gəl qohum olaq”- Camal
•R.Əlizadə “Dadaşbala əməliyyatı”- Abbas
•Fernando Arrabal “Fando və Lis”- Mitarro
•G.Xuqayev “Ailə”- Cuci
•Y.Əzimzadə “Nəsrəddin”- Şah
•B.Mirzəzadə “Qudalar”- Süleymanlı
•Z.Xəlil “Balqabaq”- Arif
•F.Mustafa “Tələ”- Boran
•F.Məhərrəmov “Məlik Məmmədin nağılı”- Padişah
•Qirmm qardaşları “Cəsur dərzi”- Kral
•M.Tven “Şahzadə və dilənçi”- Lord Sen Con
•L.Juxovitski “Şahzadə və bacatəmizləyən”- Kral
•Ə.Qiyas “Cəhənnəm ekspresi” – Bələdçi
•M.Haqverdiyev “Fədakarlıq” – Zakir
•M.Lermontov “Maskarad” – Lakey
•H.Nəzərli “Ayıl bax bu dünyaya” Sabir və Ziyad bəy
•M.F.Axundzadə “Xırs quldurbasan” – Fok
•A.Babayev “Xilaskar” – Üçüncü deputat şair
•N.Dumbadze “Ağ bayraqlar” – Nəzarətçi
•M.Haqverdiyev “Ağ ölüm” – Səbzəli
•A.Şaiq “Qaraca qız” –Əlləz kişi
•Anar “Yaxşı padşahın nağılı” – İkinci vəzir
•V.İbrahimoğlu “Şah” – Vəzir
•S.Nuriyeva “Balqabaq padşahın nağılı” – Arif baba.
Заглянув один раз, вы обязательно бесплатные программы скачаете для пк с лучшего сайта последние хорошие фильмы смотреть онлайн на кинопортале или ещё можно dle шаблоны бесплатные бесплатые на лучшем сайте.