Təqvim
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bizi izləyin
Sorğu
 

Hansı tamaşa xoşunuza gəldi?


 
 
Afişa

Həşimova Növrəstə




Növrəstə Xanəli qızı Həşimova


Növrəstə Həşimova 27.11.1954 -cü il tarixində anadan olub
Növrəstə Həşimova 1973-1977 -ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və Kino aktyorluğu" fakültəsində təhsil alıb.
Növrəstə Həşimovada teatr sənətinə olan maraq hələ uşaqlıq illərindən özünü göstərmişdir. Orta məktəbdə oxuduğu illərdə o, C.Cabbarlı adına mədəniyyət evində fəaliyyət göstərən Xalq teatrında bir çox müxtəlif səpgili rollarda oynamışdır. N.Həşimova teatr sənəti ilə yanaşı həm də xalq mahnılarının gözəl ifaçısıdır. O, SSRİ Mədəniyyət Nazirliyinin “Mədəniyyət əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.
1973-cü ildən bu günə kimi Sumqayıt Dövlət Dram Teatrında çalışan N.Həşimova onlarca səhnə obrazı yaratmış və tamaşaçıların hüsn-rəğbətini qazanmışdır. Sumqayıt teatrında işlədiyi dövrdə N.Həşimova milli dramaturqların əsərlərində yaratdığı obrazlarla yanaşı həm də rus və xarici ölkə dramaturqlarının səhnə qəhrəmanlarının həllində yaddaqalan obrazlar yarada bilmişdir. Onun səhnə obrazları öz təbiiliyi, xarakterik cizgiləri ilə seçilir.
N.Həşimovanın gözəl səs tembri ona teatrda hazırlanan musiqili komediya və operettalarda oynamağa imkan yaradır. Belə ki, teatrda tamaşaya qoyulan “Arşın mal alan”, Subaylarınızdan görəsiniz” və “Dünya xanım ev axtarır” musiqili komediyalarında yaratdığı Telli, Gülxanım və Fira obrazları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. N.Həşimovanın yaratdığı istər komik, istərsə də dramatik obrazları onun aktyor ampulasının genişliyini göstərir.
.


Sumqayıt teatrında oynadığı rollar

•H.Cavid “Afət” – Müğənni qız
•C.Cabbarlı “Oqtay Eloğlu” - Nadya
•C.Cabbarlı “Solğun çiçəklər” – Sara
•C.Cabbarlı “Almaz” – Gülxanım
•S.S.Axundov “Tamahkar” – Nabat
•İ.Coşqun “Komsomol poeması” –Gülcamal
•G.Xuqayev “Elbrus evlənir” və “Arvadımın əri” – Zərifə
•A.Makayonak “Tribunal” - Nadya
•A.Məmmədov “Həmyerlilər” – Çoxuşaqlı ana
•O.Məmmədov “Mehrişah” –Od
•N.Qoqol “Müfəttiş” – Unter zabitin arvadı
•T.Vəliyeva “Mənim ağ göyərçinim” –Alverçi qadın
•G.Xuqayev “Bir köpək vardı” –Tülkü
•M.İbrahimov “Yaxşı adam” –Sənəm
•A.Babayev “Xilaskar” – Xanım sədr
•Y.Onil “Qarağaclar altında məhəbbət” –Fermer qadın
•Ə.Əmirli “Varlı qadın” –Şadxəbər
•M.Haqverdiyev “Məhəbbət,Şeytan və Ağ ölüm” – Rafiqə
•M.Haqverdiyev “Fədakarlıq” -Zema
•A.Şaiq “Qaraca qız”- Pəricahan və Dayəsi
•A.Şaiq “Bir saatlıq xəlifə” – Rəqqasə
•A.Şaiq “Qış nağılı” – Külək
•A.Şaiq “Tülkü həccə gedir” - Tülkü
•R.Tahiroğlu “Nakam arzular”- Diləfruz
•M.Atəş “Şərəfin sandığı” – Şərəf
•M.Qacar “Qabanın səfəri” – Tülkü
•F.Məfərrəmov “Şərxanın şər oyunu” – Nənə
•Jukovski “Şahzadə və bacatəmizləyən” – Dayə
•Elçin “Qatil” – Qonşu qadın
•M.Tven “Şahzadə və dilənçi” – Balıq alverçisi
•Ə.Əmirli “Köhnə ev” – Mələk
•Azərbaycan xalq nağılı”Məlikməmməd”- Simurq quşu
•Ə.Nesin “Öldür məni can-ciyər” – Diha
•M.Süleymanlı “Dəyirman” – Telli
•A.İvaşenko “Uşaq üçün bir üç yazın” – Putkina
•A.Çxeidze “Sərbəst mövzu” - Birinci mim
•F.Aşırov “Bu meydan bu şeytan” – Birinci məlaikə
•Reyhard Kiplinq “Öz xoşuna yaşayan pişik” – Ana
•Anar “Adamın adamı” – Süsən Sünbül
•Anar “Təhminə və Zaur” _ Fizzə
•Anar “Qaravəlli” – Abbas Abbasov və Namaz Namazov
•Tofiq Kazımov “Muradın kələkləri” –Nazlı xanım
•N.Həsənzadə “Bütün Şərq bilsin”-Qarı
•Y.Əzimzadə “Nəsrəddin” – Tükəz
•R.Səməndər “Dəyişmə”- Lalə və Ana
•Ç.Aytmatov “Əsrə bərabər gün” – Agul
•N.Hikmət “Bayramın birinci günü” – Dayə və Həbibə
•A.Həsənoğlu “Dünyaxanım ev axtarır” – Cəvahir
•M.F.Axundzadə “ Müsyo Jordan və Dərviş Məstəli şah” – Xanpəri
•İ.Məlikzadə “Subaylarınızdan görəsiniz” – Gülxanım
•L.Ustinov “Cəsur qurbağa” - Tülkü
•Ə.M.Lələdağ “Tələ” – Fatma
•C.Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları” – Səkinə qarı
•P.Pançev “Dörd əkiz “ –Yelena
•K.Həsənov “Sehrli yaylıq” – Ana
•H.Ziya “Qoy bol olsun “5”imiz” – İkilərin rəisi
•B.Mirzəzadə “Qudalar” – Qəmərxanım

•S.Ələsgərov, İ.Məlikzadə “Toy Olsun”- Gülxanım

N.Həşimova 2000-ci ildə Respublikanın “Əməkdar artisti” fəxri adına layiq görülmüşdür.Səhnəda cəld və çevikdir, dinamik və xarakterik plastikaya malikdir. Teatrın alleqorik janrda haırladığı tamaşalarda daha çox çıxış edənlərdən biri Növrəstə Həşimovadır.
Заглянув один раз, вы обязательно бесплатные программы скачаете для пк с лучшего сайта последние хорошие фильмы смотреть онлайн на кинопортале или ещё можно dle шаблоны бесплатные бесплатые на лучшем сайте.